“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yeni ünvanda öz qapılarını oxucuların üzünə açmış “Azərkitab - kitab təbliğatı mərkəzi”ndə bu gün Rusiyada yaşayan ədibimiz Solmaz Qəribelin “Qərib küləklər” və “Saçı ağarmış arzular” adlı kitablarının təqdimatı və imza günü keçiriləcək.
Tədbir saat 12.00-də başlayacaq.
Kitab təqdimatlarının, ziyalılarla görüşlərin, sərgilərin, müxtəlif ədəbi-kütləvi tədbirlərin keçirilməsi üçün Ukrayna Ticarət Evi-nin inzibati binasında yerləşən "Azərkitab - kitab təbliğatı mərkəzi” qeyd edək ki, müasir formatda üç zalı ilə fəaliyyət göstərməkdədir.
Ünvan: Nərimanov rayonu, A.Salamzadə küc. 65B(Atatürk prospektində, Gənclik metrosundan Ayna Sultanova abidəsi istiqamətində gedən yolda yerləşən “Zivella” mebel evinin arxası)
Əlaqə: 050 260-90-20, 050 661-11-33
Kitabları sevsək kitablar bizləri ucaldacaqlar!