Ramiz Quaarçaylı rəhbərliyə gətirildikdən sonra Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsi ciddi iş rejimi ilə fəaliyyət göstərməkdədir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bölmə Qubada bölgə yazarları ilə görüş təşkil etmişdir. Görüşdə Qubanın "Gülüstan" və "Ay işığı", Xaçmazın "Ulduzlar" ədəbi məclislərinin üzvləri və Qusarda yazıb yaradan yazarlar iştirak edirdilər. Sədr Ramiz Qusarçaylı bölmənin gələcək fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat vermiş, yerli yazarların arzu və təkliflərini dinləmiş, çıxışlara münasibət bildirmişdir.
“Gülüstan" ədəbi məclisinin sədri Şixəmməd Seyidməmmədov, "Ulduzlar" ədəbi məclisinin sədri Fərzalı Ziyanur, Qusar yazarlarından Ceynun Ağabəyov və Eyvaz Güləliyev, eləcə də Səbuhi Hacıxanlı, Mehrəli Qulu, Aqşin Dadaşoğlu, Qərib Aşkari, Məhərrəm Mustafa, Mürfəttar, Firəngiz Sabirqızı, Rəfiqə Məmmədqızı, Rahib Alpanlı, Mövlud Ağamməd, Sərvinaz Sərvər, Qülnaz Qubalı, Telman Təravət, Böyükağa Ağa, Sabir Nemətov, Abdulla Məmməd, Cümşüd Aydəmirov, Əliyar Ələsgər, Füzuli Baratov və başqaları çıxış etmiş və öz yeni şeirlərini oxumuşlar.
Bu sayaq tədbirlərin vaxtaşırı keçiriləcəyi qərara alınmış, tədbir iştirakçıların kollektiv şəkil çəkmələri ilə yekunlaşmışdır.