Yazıçı Varis ASAN könüllüləri ilə görüşüb Featured

Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda ASAN könüllüləri ilə yazıçı Varisin görüşü keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin təşkilatçılığl, Azərbaycan Yazıçılar Birliyinin  dəstəyi ilə "ASAN Könüllüləri" Təşkilatının “Milli və mənəvi dəyərlər” layihəsi çərçivəsində keçirilən görüşün mövzusu “Hədəfə doğru yol” olub.

Hədəfləri seçərkən maksimumlar götürmək lazımdır ki, barı, minimumlarasa çata biləsən. Müasir dövrün tələbləri məhz bunlardır. 

Varis gənclərə öz uğur hekayətini danışıb, onlara hədəfi necə seçmək, hədəfə doğru hansı vasitələrdən istifadə etməklə hansı yollarla getmək barədə danışıb, Beynəlxalq uğurlarının qısa tarixçəsini də görüş iştirakçılarının diqqətinə çatdırıb. 

Eyni zamanda mütaliənin şəxsi inkişafda rolu, İlon Mask və Cef Bezos kimi dünyanın ən varlı adamlarınln kitablar sayəsində yüksəlmələri, müasir kouçların motivasiya seanslarının faydası, liderlik təlimlərinin spesifikası da görüşdə mövzu predmetinə çevrilib. 

Sonda yazıçı könüllülərin suallarını cavablandırıb, onların özləri ilə gətirdikləri kitabları imzalayıb və xatirə fotosu çəkilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.