Martın 21-i Beynəlxalq Poeziya günüdür. Bu gün həm də böyük Azərbaycan şairi Səməd Vurğunun doğum günüdür, 116 illiyidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qazax rayonunun Yuxarı Salahlı kəndindəki Poeziya Evində Səməd Vurğunun doğum gününə və " Beynəlxalq Poeziya Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Qazax rayon şöbəsinin sədri Barat Vüsal , Yazıçılar Birliyinin yerli üzvləri, Yuxarı Salahlı Zahid Mahmudov adına kənd orta məktəbinin şagirdləri və aşıq folklor evinin tələbələri iştirak ediblər. Şairlər Səməd Vurğuna həsr etdikləri şeirləri, şagirdlər isə Səməd Vurğunun şeirlərini söyləyiblər. Sazda “Azərbaycan” şeiri ifa edilib.
Vurğun eli Yuxarı
Salahlıya bahar sazla, sözlə gəlib.