İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Ötən gün Oğuz rayon Mərkəzi kitabxanasında görkəmli Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə “Unudulmaz nəğməkar şair – Nəbi Xəzri” adlı tədbir keçirilib.
Tədbiri Mərkəzi kitabxananın əməkdaşı açaraq “Nəbi Xəzri yaradıcılığı” mövzusunda məruzə ilə məruzə edib. Məruzədə şairin poetik dünyası, əsərlərində ifadə olunan vətənpərvərlik, humanizm və insan sevgisindən geniş söhbət açılıb.
Məruzələrdə və çıxışlarda şairin əsərlərində yer alan bəşəri duyğuları və universal mövzuları ətraflı şəkildə təhlil edilib. Nəbi Xəzrinin poeziyasının yalnız milli ədəbiyyat üçün deyil, eyni zamanda ümumbəşəri dəyərlərin ifadəsi baxımından da önəmli olduğu xüsusi vurğulanıb.
Tədbirin bədii hissəsində Oğuz rayon Həbib Babayev adına bir saylı məktəbin şagirdləri Nəbi Xəzrinin şeirlərini səsləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(25.04.2025)