Səlim Babullaoğlu "Ulduz"lu görüşlər" in növbəti qonağı oldu

Azərbaycan Yazıçılar Birliyinin  Natəvan klubunda şair, tərcüməçi, esseist Səlim Babullaoğlu ilə görüşü keçirilib. "Ulduz" ədəbiyyat dərgisinin təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan Universitetinin müəllim, tələbə heyəti, eləcə də poeziyasevərlər və ədəbiyyat adamları iştirak ediblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs tədbiri açaraq, Səlim Babullaoğlunun yaradıcılığı haqda geniş məlumat verib. Ardınca "Ulduz" jurnalının şöbə redaktorları Dayandur Sevgin,  Taleh Mansur, Azərbaycan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru  Xəyalə Cəfərova, şair-publisist Zaur Ustac çıxış ediblər.

Səlim Babullaoğlu şeirlərini səsləndirib, tələbələrin suallarını cavablandırıb. Azərbayacan ədəbiyyatının mövcud durumu, bədii tərcümə sahəsində aparılmalı olan islahatlar, eləcə də yazarlarımızın dünyaya çıxması yolunda qarşıda duran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.

Sonda Səlim Babullaoğlu tələbələr üçün öz kitablarını imzalayıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.