Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə dekabrın 8-də Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhməd Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan dilinə uyğunlaşdırılan “Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimat mərasimindən sonra TÜRKSOY-un 30 illik yubileyi ilə əlaqədar Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə TÜRKSOY-un “Şərəf”, “TÜRKSOY Medalı” və “TÜRKSOY-un 30 illiyi” medalları təqdim edilib.
Azərbaycan Yazıçılar Birlyinin katibi, şair Səlim Babullaoğlu türk mədəniyyəti və sənətinə verdiyi töhfələrə görə “TÜRKSOY Medalı” ilə təltif olunub.
Medalı Səlim Babullaoğluna TÜRKSOY-un baş katibi Sultan Rayev təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)