Sumqayıtda Əsəd Cahangirlə görüş keçirilib

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə Sumqayıt Poeziya Evində çağdaş Azərbaycan ədəbiyyatında sayılıb-seçilən imzalardan biri, ədəbiyyatşünas, tənqidçi, esseist, şair, tərcüməçi Əsəd Cahangirlə görüş keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin məlumat verib. 

 

Məlumata görə, öncə Poeziya Evinin direkroru, AYB-nin Poeziya seksiyasının rəhbəri İbrahim İlyaslı tədbir iştirakçılarını salamlayıb. 

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Əsəd Cahangirin Azərbaycan ədəbiyyatında yeri və polundan söhbət açaraq onu qonaqları təqdim edib. 

Tədbirdə AYB sədrinin müşaviri Rauf Aslanov, AYB-nin katibi, yazıçı-dramarurq, publisist Elçin Hüseynbəyli, AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli, şair Daməd Salmanoğlu və digərləri iştirak edib. 

Əsəd Cahangir müasir Azərbaycan ədəbiyyatı və onun problemləri ilə bağlı məsəllərdən söz edərək, çoxsaylı oxucuların suallarını cavablandırıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. 

Sonra söz qonaqlara verilib. Onlar Əsəd Cahangir yaradıcılığının çoxşaxəli xüsusiyyətlərindən söz açaraq, ona uğur arzulayıblar. 

Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirin təşkilində göstərdiyi dəstəyə görə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə, Abşeron-Xızı Regional Təhsil İdarəsinə, Abşeron- 

Xızı Regional Gənclər və  İdman  İdarəsinə, Sumqayıt Dövlət Universitetinə təşəkkürünü bildirib və belə tədbirlərin keçirilməsinin bu günümüz üçün vacib və əhəmiyyətli  olduğunu xüsusi olaraq vurğulayıb. 

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.