“Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” adlı antologiya YB-də təqdim edildi

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Bu günlərdə “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” adlı yeni  antologiya işıq üzü görüb. Kitabın tərtibçisi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuaddır.

Yazıçılar Birliyinin “Natəvan” klubunda “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” adlı antologiyaya təqdimat mərasimi də keçirilib. Tədbiri giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açıb. Rəşad müəllim çıxışında Esmira xanımın Güney Azərbaycan ədəbiyyatına güzgü tutan sanballı əsərlərindən və bunların əksəriyyətinin mütəmadi olaraq “525-ci qəzet”də çapından və müəllifin bu mövzuda ortaya qoyduğu dəyərli nəşrlərindən söhbət açdı.

Sonra söz tədbirin aparıcısı tənqidçi Əsəd Cahangirə verildi. Ə. Cahangir də Esmira xanımın Cənubi Azərbaycan ədəbiyyatının fəal tədqiqatçısı olduğunu vurğulayaraq sözü digər tədbir iştirakçılarına verdi.

Tədbirdə professor Asif Rüstəmli, Nazim Əhmədli, Kərim Kərimli, Şövkət Zərin Horuvlu, Kəmalə Abıyeva, Zaur Ustac və başqaları çıxış etdilər. Sonda Esmira xanım çıxış edərək, yazıları kirtaba daxil edilən müəlliflərə və qonaqlara təşəkkürünü bildirdi. 

 

 “Ədəbiyyat və incəsənət”

(22.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.