Ekspress-sorğuda "Discover and learn Academy" əməkdaşları Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

​

Salam, "Ədəbiyyat və İncəsənət" portalının  dəyərli izləyiciləri, bu dəfə ekspress sorğu ilə "Discover and learn Academy" təhsil mərkəzinin müəllim heyətinin fikirlərərini öyrəndik.

Beləliklə, sualı və fikirləri Sizə təqdim edirik.

 

"İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar".

Sizin fikrinizcə, geyim dəyər ölçsüdürmü?

 

Aygün Məmmədova,

"Discover and learn Academy" tədris mərkəzinin təsisçisi və rəhbəri, musiqişünas

Geyim insanın mədəniyyətini, estetik zövqünü və cəmiyyət qaydalarına hörmətini göstərən bir vasitə olsa da, təkbaşına insanın əxlaqlı və ya əxlaqsız olduğunu təyin edən əsas ölçü meyarı deyil.

Əxlaq dərin məfhumdur, insanın ədaləti, sevgisi, mərhəməti geyimdən asılı deyil.

 

Nigar Nəbiyeva,

ixtisas rəngkarlıq

Mənim fikrimcə, geyim insanın dəyər ölçüsü deyil. Geyim insanın zövqünü, tərzini və bəzən həyat şəraitini əks etdirə bilər, lakin onun xarakterini, ağlını və mənəviyyatını müəyyən etmir.

İnsanı ilk baxışda geyiminə görə qiymətləndirmək mümkündür, amma onu həqiqətən tanıdan davranışı, düşüncəsi, danışığı və insanlara münasibətidir.

Geyim gözə görünəni, ağıl və xarakter isə insanın əsl kimliyini göstərir. İnsan bahalı geyimlə deyil, gözəl əxlaqı, savadı və insanlığı ilə dəyər qazanır.

 

Məcidov Eldost,

riyaziyyatçı

Mənə görə, geyim müəyyən dərəcədə əxlaqın göstəricilərindən biri sayıla bilər. Bəlkə də, bu fikir bəzilərinə köhnəfikirli yanaşma kimi görünə bilər, amma düşünürəm ki, insan cəmiyyət arasına çıxırsa, geyiminə, keçiminə və zahiri görünüşünə müəyyən qədər diqqət yetirməlidir. Hər kəsin öz geyim tərzini seçmək azadlığı var, lakin bu azadlıq cəmiyyətin dəyərlərini, adət-ənənələrini və ümumi qəbul olunmuş qaydaları tamamilə gözardı etmək demək deyil. Xüsusilə də müsəlman ölkəsi olduğumuzu nəzərə alsaq, başqa cəmiyyətlərdə gördüyümüz hər geyim tərzini düşünmədən təkrarlamağı müasirlik hesab etməməliyik. Mənə elə gəlir ki, biz nədənsə avropalaşmağa geyimdən başlamışıq, amma bilikdə, savadda və düşüncə tərzində eyni sürətlə inkişaf etməmişik. Halbuki başqa ölkələrdən götürməli olduğumuz əsas nümunə onların geyim tərzi deyil, elmə, təhsilə, biliyə və inkişafa verdikləri dəyər olmalıdır. Əgər bir ölkə və millət olaraq geyimdə müasirləşməkdən daha çox savadda, düşüncədə və dünyagörüşündə müasilləşməyə üstünlük versək, düşünürəm ki, daha böyük uğurlar əldə edə bilərik. Çünki əsl müasirlik yalnız zahiri görünüşlə deyil, insanın düşüncəsi, biliyi, mədəniyyəti və davranışları ilə ölçülür.

 

Aysel Şəmilzadə,

ingilis dili müəllimi

Mənim fikrimcə, geyim insanın dəyərini müəyyən edən əsas ölçü deyil, lakin onun haqqında ilk təəssüratın formalaşmasında mühüm rol oynayır. Səliqəli və zövqlü geyim insanın özünə hörmətini və xarici görünüşünə diqqətini əks etdirə bilər. Ancaq bahalı geyim ağıllı, savadlı və ya yüksək mənəvi keyfiyyətlərə sahib olmağın göstəricisi deyil. Bəzən sadə geyinən bir insanın düşüncəsi, dünyagörüşü və biliyi ən bahalı geyimlərdən daha dəyərli olur.

“İnsanı geyiminə görə qarşılayıb, ağlınagörə yolasalırlar” ifadəsi, əslində, insanhaqqındailkintəəssüratlasonrakı qənaətarasındakı fərqi çoxgözəlifadə edir. Geyiminsanınxaricigörünüşünü, düşüncəsivə davranışları isə onundaxilidünyasını göstərir. Məncə, insanları geyimlərinə görə deyil, fikirlərinə, əməllərinə, əxlaqınavə başqalarınamünasibətinə görə qiymətləndirməklazımdır. Çünkiinsanınhəqiqidəyərionunnə geyindiyində deyil, kimolduğundavə ətrafındakılaranə qazandırdığındadır.

 

Hüseynzadə Höküməxanım,

ingilisdilimüəllimi

Məncə, buməsələdə əsasməqaminsanı ilkbaxışdageyimiilə qiymətləndirməkdeyil, onutanıdıqdansonradavranışına, düşüncəsinə və xarakterinə əsasəndəyərləndirməkdir. Çünki geyim gözümüzə görünən tərəfimizdir, əxlaqımız və düşüncəmiz isə kim olduğumuzu müəyyən edən daha dərin xüsusiyyətlərdir.​

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.