Vətən Ananın nakam övladları - Şəhidlər! Featured

Şəfa Həşimova,

“Ədəbiyyat və incəsənət”

 

Alnına həsrət yazılan Vətənim! Oğluna həsrət qocalan Vətənim!

Bu taleh Azərbaycanın alın yazısı idi,sanki. Biz uşaq olarkən hələ yaşamağı dərk etməyi bacarmazkən, doğmalarımızın yoxluqlarına alışmağa çalışardıq. Bu savaşın səbəbi Vətən sevgisi, ayrılığın adı isə Şəhidlik idi.

 

Ən ali zirvədir şəhidlik zirvəsi, sən gəl də bunu ocağına köz düşənlərdən soruş. Kimi susar yaşlı gözləri danışar, kimi hıçqırıqdan danışa bilməz. İllər əvvəl məğlub olmayaq deyə yaşadığımız tarix, illər sonra qalib olaq deyə qürurla təkrarlandı. Yenidən yazıldı, dünyada, kitablarda, saysız zehinlərdə, ən əsası bağrı yara Vətənin yaddaşına qazındı. 

Əvvəllər hansısa vilayətdə qəhrəmanlıq haqqında danışmağa cəhd etsək, insanlar bizə etinasız yanaşardı,bəlkə. Çünki, onlar bilməzdilər qəhrəmanlıq nədir deyə, axı, onlar bilmirdilər oğullarımızın qanları ilə yazdıqları qəhrəmanlıq salnaməsini. Bu gün isə, səsimizi dünyaya duyurduğumuz çağdaş dövrümüzdə, nəinki ölkələrə, dünyaya səs saldı Azərbaycan igidləri!

Səsləri titrəyərək, boğazında qəhər düyümlənən Şəhid Anaları, qaytara bilməyəcəyimiz haqqınızı halal edin xalqımıza, varlıqlarına həsrət qaldığınız igid oğullarımızın ruhları qarşısında baş əyirik. 

Şəhidlik közünün düşdüyü bir ocaqda böyüdüyüm üçün, bu hisslərin verdiyi yanğıların sızıltısını hər daim hiss edənlərdənəm. 

Şəhid babam: Mehdiyev Mehdi Qasım oğlu! Şəhid dayım: Mehdiyev Bəhmən Mehdi oğlu! Sizin simanızda Azərbaycan şəhidlərini hörmətlə anırıq. Ruhunuz şad olsun CƏNNƏTƏ qovuşan ər igidlərimiz.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.