“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün onun doğum günüdür, 54 yaşı tamam olur. Bu 54 ildə başına nələr gəlməyib...
Onu səsindən hər kəs tanıyır. Gözəl tembrdə səsi var. Nadir hallarda onun səsini kiminsə səsiylə qarışdırmaq olar. Söhbət aktyor, rejissor Aqil M. Quliyevdən gedir.
Aqil M.Quliyev 5 avqust 1972-ci il tarixində Bakıda anadan olub.
Atası o vaxtkı Taksimator İstismar şöbəsinin rəisi, anası isə Semaşkoda doğum şöbəsində mama-ginekoloq kimi işləyib. Ailə imkanı yaxşı olduğundan uşaqlıq illərində Aqil üçün xüsusi maşın və dayə ayrılıb. Birinci sinifdən dördüncü sinfə qədər onu Qaqarina soyadlı dayə məktəbə aparıb gətirir, dərsləri ilə məşğul olurmuş. Özünün dediyinə görə, çox imkanlı bir ailənin övladı olduğundan beş yaşınadək “yox” sözü nədir eşitməyib.
Yeniyetməlik illərində o, çox yaraşıqlı, cəlbedici oğlan olub. Bu barədə müsahibələrinin birində deyir:
“Çox “simpatiçni” oğlan olmuşam, şəkillərdən də görünür. İrigözlü, uzunsaçlı, hündürboy oğlan idim. Onu da deyim ki, 6-cı sinfədək bəstəboy olmuşam. Qızlar çox istəyirdilər məni. Mən orta məktəbi qurtarandan sonra biləndə ki, məni nə qədər qız sevib, dəli oldum. Əslində, mən sonradan qızların-xanımların sevgisini qazanmışam, əvvəllər belə olmayıb. Bakirliyimlə 17 yaşım olanda vidalaşmışam, ancaq ilk seks əlaqəm fahişə ilə olmayıb, bunu arzulamamışam. Bu, bir çoxlarının təsvir etdiyi kimi, qızlı-oğlanlı bağ evində, 14 yaşlı qızların, oğlanların olduğu məclislərin birində baş verməyib. Mən 21 yaşlı gözəl bir qızı ovsunlaya bilmişdim, bunu bacarmışdım. Ancaq yaxşı oğlan tezliklə korlanmağa başladı, həyatımda alkoqol, marixuana peyda oldu. Bir məsələ də var ki, bu çirkabın içinə daha çox girdikcə, qadınlar məni daha çox sevməyə başlayırdı. Qadınların mənə qarşı olan ifrat diqqəti isə mən “Bəyaz həyat” serialına çəkiləndən sonra yarandı, həmin filmdə narkoman polis rolunu oynayırdım. 21 yaşımdan sonra mən qadınların sevgisini hiss eləmişəm. O vaxtın təbirincə desəm, ilk gəzdiyim qız Sveta Nikolayevna olub, “xaxol” qızı. İlk sevdiyim qız isə Yelena Viktorovna olub. Almaniyadan gəlmişdilər, məndən bir yaş balaca idi. Yeddinci sinifdə oxuyurdu. Doğrudan, sevirdim onu. Sarışın qız idi, əsl “blondinka”. İki il o qızla görüşdük. Bir-birimizi sevdik”.
Aqil ilk dəfə 16 yaşında pul qazanmağa başlayıb. Diskotekalarda texniki avadanlıq daşıyıb. Buna görə ona üç-beş manat da pul veriblər. Daha sonra texniki avadanlığı quraşdırmağı öyrənib. Elə səhnəyə də ilk dəfə 16 yaşında diskotekada çıxırb teatr dərnəyinə gedib gəlib, özfəaliyyət qrupu yaradıb.
153 №-li orta məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii kino və televiziya rejissorluğu" fakültəsini bitirib. Kino xadimi Eldəniz Quliyevin qardaşı oğludur. Bəlkə də elə bu sahəyə onda marağı məhz əmisi oyadıb. Axı Eldəniz Quliyev kinomuzda ad qoyan şəxslərdəndir.
Aqil "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsindən karyerasını başlayıb. 1992-ci ildən aktyor kimi müxtəlif filmlərdə çəkilib. Bu illərdə Beynəlxalq "MİR" Teleradio və "AzTV" Dövlət Teleradio Şirkətlərində müxtəlif televerilişlərin rejissoru olub.
1997–1999-cu illərdə "ABA" Teleşirkətində reklam rejissoru kimi çalışıb. 2000–2006-cı illərdə müstəqil prodüser və rejissor kimi reklam və musiqili video işləri ilə Azərbaycanda məşhurlaşıb. 2006–2007-ci illərdə "Academy Production" şirkətinin içraçı direktoru vəzifəsində çalışıb. 2007-ci ildən "Aqil M. Film" şirkətinin təsisçisi və bədii rəhbəridir.
Filmoqrafiya
1. Kənar adamlar
2. Kök
3. Ümid
4. Leyli və Məcnun
5. Ailə
6. Hot Dog
7. Bəyaz həyat
8. Biz sizə müharibə elan edirik
9. Zabit şərəfi
10. Köhnə çamadanlar.
İndi isə gələk “başının çəkdiyi bəlalara”. Məsələn, institutdan qovulmasına...
İncəsənət Universitetinin "Bədii kino və televiziya rejissorluğu" fakültəsində oxuyanda - 1993-cü ildə Kukla Teatrının ovaxtkı rəhbərliyi ilə danışıb İngiltərə dramaturqunun “Yol ərəfəsində” pyesini səhnələşdirdiyinə görə institutdan qovulub.
Yaxud narkotik alüdəliyindən...
Aqil bir dəfə ailəli olub. Bu evlilikdən bir qızı dünyaya gəlir. Ancaq müəyyən səbəblərdən onun ailəsi dağılıb. Həyat yoldaşı qızını da götürüb Moskvaya köçüb. Aqil isə narkotik maddələrdən asılılıqdan əziyyət çəkib, efirlərdən uzaqlaşıb, hətta xarici görünüşündə nəzərəçarpacaq qədər arıqlayıb.
Yaxud da həbsinə…
A. M. Quliyev 1 il 6 aymüddətinə azadlıqdanməhrumedilib. 36 günKürdəxanıdahəbshəyatı yaşayıb. Bunasəbəbisə birmüddət əvvəlrejissorunsevgilisiMariannaTurabovaadlı şəxsdən 150 minmanatborcalıb, lakinpulugeriqaytarmamağı olub. MariannaTurabovanınpolisə şikayətindənsonraaraşdırmaaparılıbvə məhkəmə həminpulunA. M. Quliyevdəntutularaq şikayətçiyə qaytarılması barədə qərarqəbuledib. LakinhəminqərarcavabdehtərəfindənicraolunmadığındanCinayətMəcəlləsinin 306.1-ci (qanuniqüvvəyə minmiş məhkəmə qərarını qərəzliolaraqicraetməmə) maddəsiilə cinayətişibaşlanıb.
Həbsdə olduğumüddətdə onunyanınagələnyeganə tanınmış insanXalqartistiAmaliyaPənahovaolub.
Ammaindioməşhurdurvə yenə də başınafırfırakimifırlanırlar. “Bağda ərik…” məsələsiAzərbaycandahəmişə actualolub.
“Ədəbiyyatvə incəsənət”
(05.08.2026)


