İnfantino qalmaqallı Dünya Çempionatını tənqid edənlərə cavab verdi Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

2026-cı il yaddaşlarımızda növbəti mundialla yadda qalacaq. Çoxlarımız Amerika qitəsinin saat rejimi uyöunsuzluq yaratsa da gecə səhərədək oyaq qalıb bu oyunları izlədik. Düzdür, indi rahat yata bilirik, amma mundialın söz-söhbəti, qalmaqalı hələ də bitmir.

 

FIFA prezidenti Gianni Infantino on gün əvvəl Instagram-da bir paylaşım etmişdi, indisə yenisini edərək 2026-cı il futbol üzrə Dünya Çempionatını tənqid edənlərə cavab verib.

O bildirib ki, tənqidçilər "vaxtlarını və enerjilərini nifrətə sərf etmək əvəzinə meditasiya etsinlər, dua etsinlər və ya futbol izləsinlər".

İnfantino turniri "dünyanın ən möhtəşəm şousu" adlandırıb və FIFA-nı hakim qərarları, intizam məsələləri və digər qalmaqallarla bağlı ittihamlardan müdafiə edib.

Indi isə gəlin araşdıraq, görək futbol ictimaiyyətini və azarkeşləri nə razı salmayıbdır, qalmaqallar deyərkən FİFA prezidenti nəyi nəzərdə tutur?

ABŞ prezidenti Donald Trampın müraciətindən sonra ABŞ millisinin futbolçusu Folarin Baloqunun cəzasının dayandırılması böyük narazılıq yaradıb. İnfantino isə qərarın FIFA-nın intizam komitəsi tərəfindən müstəqil qəbul edildiyini bildirib. Guya, Tarampın xahişi rol oynamayıb.

İran millisinin bəzi üzvlərinin ABŞ vizası almaqda çətinlik çəkməsi və komandanın hazırlıq bazasını Meksikaya köçürməsi də tənqid mövzusu olub.

Somalili hakim Omar Artanın ABŞ-yə girişinə icazə verilməməsi də müzakirələrə səbəb olub.

Finaldan sonra Argentina millisinin davranışı və Folklend adaları ilə bağlı siyasi banner nümayiş etdirməsi isə turnir boyunca böyük antipatiya qazanmış, hakim tərəfkeşliyi ilə finala çıxması iddia edilmiş Argentina yığmasını əsas qalmaqal mövzusuna düçar etmişdir.

Sonda İnfantino paylaşımını belə yekunlaşdırıb:

"Hamıya sevgi arzulayıram. Ümid edirəm ki, nifrət və yalan şayiələr yayan insanlar da sülh və sevgi tapacaqlar."

Əlbəttə, kişi yaxşı sözlər deyir.

Amma gerçəkdən futbolun siyasətlə qarışdırılması yolverilməzdir.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.