ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb

“ASAN xidmət”in və Kontakt Home-un birgə təşkilatçılığı ilə Şuşa şəhərində “Zəfərdən inkişafa” media inkişaf proqramı keçirilib. Proqram Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi (AİİM) tərəfindən 3-cü dəfə reallaşdırılır.

 

22 İyul – Milli Mətbuat Gününə həsr olunan proqramda müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, əsas məqsəd bu kateqoriyadan olan şəxslərin süni intellekt texnologiyalarından səmərəli istifadə bacarıqlarının artırılması, informasiya istehsalında innovativ yanaşmaların təşviqi, eyni zamanda onların şəxsi inkişafı və effektiv kommunikasiya sahəsində bilik, bacarıqlarının gücləndirilməsidir.

İştirakçılar mediada müasir süni intellekt alətləri, trendlər və texnologiyaların praktik tətbiqi ilə tanış olublar. Vörkşoplar və real nümunələr əsasında müxtəlif süni intellekt həllərinin məzmunu əsasında xəbər hazırlanması üzrə praktiki bacarıqlar əldə olunub. Dezinformasiyanın və manipulyativ kontentin müəyyənləşdirilməsi, eləcə də rəqəmsal təhlükəsizlik, faktların yoxlanılması istiqamətində aktual mövzular üzrə biliklər də təqdim olunub.

Səfər çərçivəsində iştirakçılar Dövlət Xidmətləri Mərkəzində Şuşa regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Proqramın gedişində iştirakçıların çoxsaylı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.