Bu sərgi özəl sərgi idi...

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Bakı Xətai Sənət Mərkəzində Vətən müharibəsi Şəhidi,əslən nüvədili Rauf Məhərrəm oğlu İbadovun rəsm əsərlərinin sərgisi və xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

 

Tədbir açıq elan edilmiş və Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Şəhid Rauf İbadov sentyabrın 27-si müharibə başladığı ilk gündən könüllü olaraq döyüşlərdə iştirak etmiş, Füzuli, Cəbrayıl, Hadrud Qubadlının azadlığı uğrunda göstərdiyi şücaətə görə Manqa komandiri təyin olunmuşdur. Ölümündən sonra Dövlət başçımız İlham Əliyev tərəfindən “ Vətən uğrunda”, “Cəbrayılın azad olunması”, “ Füzulinin azad olunması”, “ Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Tədbir Şəhid Rauf İbadovun rəssamlığından Ağ və qara rənglərin təcəssümündən ibarət  dünyasından bəhs edilmişdir. Onun əl işləri arasında “Milli Qəhrəman Çingiz Mustafayev”,“Xocalı vəhşiliyi”, “Qız qalası”,” Sülh” və s rəsm əsərləri diqqəti cəlb etmişdir. Şəhidin xatirəsini əbədiləşdirmək üçün son illərdə bir neçə kitab işıq üzü görmüşdü. Onlara “Rənglər aləmindən gələn nağıllar”,”Haqq rəssamı Rauf İbadov” , “Öz dünyam” adlı kitablarını misal gətirmək olar. Bu kitablarda ona aid kəlamlar, hikmətli fikirlər və rəssam Rauf İbadovun rəsm əsərləri toplanmışdır.

Tədbirdə Yazıçı Azər Hacıbəyli, Akademik Fikrət Əliyev, Bakı Sağlamlıq Mərkəzi direktoru Asiman Həsənov, 5-ci  Bərdə taborunun 2-ci bölük komandiri Qazi Qasımov Rizvan, Abşeron rayon Ağsaqqallarından Rizvan müəllim və yazar-filoloq, AJB-nin üzvü,  "Ədəbiyyat və İncəsənət" portalının əməkdaşı olan bəndəniz, tədbirin aparıcısı və musiqili qonağı müəllimə Vəfa Hüseynova, Jurnalist Aygün Hacıyeva , piano ifaçısı müəllimə Nərgiz Tarverdiyeva Rauf İbadov haqqında öz düşüncələrini bölüşmüşlər.

Sonda tədbirin təşkilatçılarına və əməyi keçən hər kəsə Şəhidimizin atası Məhərrəm İbadov və Şəhidimizin anası  Zərnigar İbadova öz təşəkkürünü bildirmişdir.

 

 Tədbirin təşkilatçısı Xətai Sənət Mərkəzi və yazıçı Azər Hacıbəylinin bu təşəbbüsü könüllərdə iz salmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.