Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Xarizmatik, nikbin və enerjili adamdır. Ariflər onun güclü qoruyucu mələk tərəfindən mühafizə olunduğunu yaxşı bilirlər. Bir də, onu bilirlər ki, bu insan çox xoşbəxtdir, Allah onu sevir. Elə bu səbəbdən də, insanların etibarını doğrultmaq bacarığını ondan əsirgəməyib,
Taleyi həmişə onu diqqət mərkəzinə sürükləyir, uğurunu uğura calayır. Əsas missiyası isə liderlik və yaradıcılıqdır. Bəli, möhkəm və dözümlü birisidir. Çətinliklərə baxmayaraq optimist qalmağı bacarır. Səxavətli və yardımsevərdir. Təbii cəzbetmə şansı olduğu üçün tez sevilir və asanlıqla dost qazanır. Həvəsli, yaradıcı və özünə güvənən fərddir. Həmişə yeni nailiyyətlər və fərqlilik arxasındadır. Ən çətin anlarda belə ümidlərini itirmir. Qeybdən gələn güc sahibidir. İnsanlara sevinc bəxş etməyi isə çox xoşlayır...
Adı əski fars mənşəli olub, mənası "qüdrətli qəhrəman" və "güclü" deməkdir. Təxəllüsü isə "kamillik", "yetkinlik", "mükəmməllik" və "ağıl-zəka" mənalarını ifadə edir. Mən rəsmini çəkdim, kimliyini siz tapın...
....İyulun 2-si 64 yaşı tamam oldu. Ona möhkəm can sağlığı, yardıcılıq uğurları arzulayırıq.
Ay sağ olun, tapdınız.
Söhbət Rüstəm Kamaldan gedir...
“Ədəbiyyat və incəsənət”
(03.07.2026)


