Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bir az soyuqanlı olsa da, ondan heç vaxt isti münasibətimi əsirgəməmişəm. Çünki məzmunlu adamlardandır. Məqsədi, niyyəti mənə məlumdur. Aprelin 28-i 61 yaşı tamam olacaq. Biganə qala bilmərəm, gərək bu münasibətlə təbriklərə mən də qoşulum və ürək sözlərimi dilə gətirim.
Gəlin, əvvəlcə onun doğum günündən başlayaq. Həmin gün həftənin 3-cü gününə təsadüf edir. Həftənin 3-cü günü dünyaya gələnlər mənəvi zənginliyə malik olurlar. Maraq əhatələri genişdir. Onlar elm sahəsi, reklam işlərində, yaradıcılıqda uğur qazanır, bütün ömürləri boyu öyrənməyə can atırlar. Zəngin təcrübələri ilə seçilir, amma bu keyfiyyətlərini nümayiş etdirməyi xoşlamırlar. Onlar uşaqlıqdan arzular qurur, həyatını planlaşdırır, konkret peşə seçir və sonra məqsədlərinə doğru inamla gedirlər. O ki qaldı onun 61 yaşına, Öncə onu qeyd edim ki, 61 rəqəmi Ucar rayonunda avtomobillərinin dövlət qeydiyyat nömrəsidir və 61 rəqəmi müxtəlif kontekstlərdə fərqli mənalara malikdir.
Məsələn, riyaziyyatda 61 sadə ədəddir (yalnız 1-ə və özünə bölünür), həmçinin 18-ci sadə ədəd kimi tanınır. Mələklərin numerologiya sistemində isə bu rəqəm 6 (ailə, məsuliyyət, harmoniya) və 1 (liderlik, müstəqillik, başlanğıc) rəqəmlərinin enerjisini birləşdirir. Bu rəqəmin cəmi 7-dir (6+1=7), bu isə mənəviyyat, dərrakə və daxili axtarışı simvolizə edir.
Bəzi ənənələrdə 61 yaş həyatda müdriklik dövrü sayılsa da, Azərbaycanda xüsusi bir məna daşımır, lakin ünvan, avtobus nömrəsi və ya təsadüfi ədəd kimi rast gəlinir. Yeri gəlmişkən, bu təbriki də 9-cu mikrorayonda, 61 nömrəli avtobus marşurutunun yanındakı çayxanada əyləşib yazıram…
Xülasə, aprelin 28-də 61 yaşını qeyd edəcək jurnalist dostum Bahəddin Həzini təbrik edirəm! Füzuli rayonunda dünyaya gəlsə də, ömrünün “Ucar döngəsi” mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(28.04.2026)


