Ukraynadakı diaspor rəhbərinə "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim olunub

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukrayna Azərbaycanlıları Radasının İdarə Heyətinin üzvü, Ukraynanın Dnepr şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının rəhbəri Eldar Tağıyevi qəbul edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına komitədən məlumat verilib.

 

Komitə sədri xaricdəki Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayıb. Soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliği, zəngin mədəni irsimizin və mədəniyyətimizin tanıdılması istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafında diasporun əhəmiyyətli rol oynadığını qeyd edib və gələcək fəaliyyətlə bağlı tövsiyələrini nəzərə çatdırıb.

Sonra Eldar Tağıyevə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təqdim edilib.

Soydaşımız fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib. O, gələcəkdə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı, diasporumuzun fəaliyyətinin daha mütəşəkkil olması naminə səylərini əsirgəməyəcəyini söyləyib.

Məlumat üçün bildirək ki, Eldar Tağıyev Ukrayna Azərbaycanlıları Radasının yaradılmasında fəal iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.