Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan diasporunun inkşafındakı xidmətlərinə, o cümlədən, onların fəaliyyətinə verdiyi dəstəyə görə “Benilüks” Azərbaycanlıları Konqresi tərəfindən medalla təltif edilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından məlumat verilib.
Medal “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tərəfindən Bakıda keçirilən təntənəli tədbir çərçivəsində təqdim olunub.
Qeyd edək ki, polkovnik Cəlil Xəlilov uzun illərdir ki, Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi istiqamətində beynəlxalq veteran təşkilatları ilə yanaşı, xaricdəki Azərbaycan disporu ilə də geniş əməkdaşlıq edir, onların fəaliyyətinə dəstək verir.
“Ədəbiyyat və incəsənət”
(13.03.2026)


