Andronikə qarşı vuruşmuş Seyid Lazım ağanın həyatına qısa bir baxış - TARİX Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”

 

Qarabağlılar üçün Seyid Lazım ağa din xadimindən daha çox bir hörmət sahibi olan ağsaqqal və xeyriyyəçi idi. Ölənə qədər ona gətirilən nəzirləri kasıb-kusuba paylayan Seyid Lazım 1880-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olmuşdur. Lakin ömrünün böyük hissəsini Ağdam rayonunda yaşayıb. Əvvəlcə Çəmənli, sonra isə Şıxbabalı kəndlərində.

 

1918-20-ci illərdə Xalq Qəhrəmanı Sultan bəy Sultanovun müqavimət dəstəsində o da erməni daşnakı Andronikin Ozanyanın ordusuna qarşı vurulmuşdur.

Qaragöl və Keçəldağ döyüşlərində iştirak edib. Sultan bəy Naxçıvana 253 at yükü ərzaq, paltar, silah- sursat göndəribmiş. Seyid Lazım ağa da karvanı müşayət edənlərin arasında olub. Qayıdanda Seyid Lazım ağa və yoldaşları Zəngəzurda ermənilərin mühasirəsinə düşüblər. Bundan xəbər tutan ermənilərlə döyüş aparan hərbi birləşmənin əfsanəvi komandiri Seyid Həmid öz dəstəsi ilə hücuma keçərək mühasirəni yarıb və mühasirəyə düşənləri xilas etmişdir.

Qarabağı ermənilərdən qorumaq üçün əlinə silah alan Ağa daşnaklara qarşı amansız bir insan olsa da üç həyat prinsipi olub:

Ədalət, səxavət və ibadət.

Dini məktəb oxumasa da, Quranı əzbərdən bilmiş, çox mükəmməl Quran oxuyurmuş.

Seyid Lazım ağa 1994-cü il yanvar ayının 3-ü cümə günü 115 yaşında Mingəçevir şəhərində vəfat edib. Məzarı Ağdam rayonunun Çəmənli kəndindədir.

Üç övladı var: Seyid Məhəmməd, Seyidə Humay xanım və Seyidə Pəri xanım.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.