Bildiyiniz kimi, fevral Xocalı ayıdır, bu səbəbdən də o məşum faciə ilə bağlı hər bir xəbər aktualdır.
3 fevral tarixində "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin fəal üzvlərinə birliyin sədri, jurnalist Şamil Sabiroğlu üzvlük vəsiqələrini təqdim etdi.
İctimai Birlikdən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, tədbiri ictimai birliyin sədri Şamil Sabiroğlu açıq elan etdi. O xatırlatdı ki, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi 2007-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınıb. İctimai Birliyin əsas məqsədi məlum soyqırımın tanıdılmasında Azərbaycan dövlətinə və xalqına yardımçı olmaqdan ibarətdir.
Daha sonra sədr birliyin gələcək planları haqqında məlumat verdi. Təqdimat zamanı üzvlər çıxış edib birliyə gələcək fəaliyyətində uğurlar dilədilər.
Sonda xatirə şəkilləri ilə təqdimat yekunlaşdı.
“Ədəbiyyat və incəsənət”
(04.02.2026)


