“Ədəbiyyat və incəsənət” portalı Xalq yazıçısı Sabir Rüstəmxanlının tanınmış azərbaycanlı alim və siyasətçi Zərdüşt Əlizadənin bir çıxışına media vasitəsiylə verdiyi cavabı aktual olması səbəbindən oxucularına təqdim edir.
“Azərbaycanlıların 80 faizinin türklərlə heç bir bağlılığı yoxdur — onlar Qafqazın yerli xalqıdır” — tanınmış azərbaycanlı alim və siyasətçi Zərdüşt Əlizadə belə deyib. Halbuki, Azərbayacan türkləri elə yerli Qafqaz xalqıdır.
Zərdüşt Əlizadə Qafqaz xalqları deyəndə kimləri nəzərdə tutur? Çünki Azərbaycan türklənin böyük əksəriyyəti yerli Qafqaz xalqıdır.Ən qədim dövrlərdən, Albaniya dövlətinin ərazisində yaşayan və antik mənbələrdə adı keçən 26 etnos və ya tayfanın çoxu türklər idi. Bu barədə ciddi dəlil-sübutla yazılmış kitablar var. Zərdüşt Əlizadə bundan xəbərsiz olmaz. Məncə o, atası, hörmətli alimimiz Mübariz Əlizadənin dilimizə çevirdiyi “Şahnamə”ni də vərəqləmiş olar. O əsərin müəllifi Firdövsi fars millətçisi olsa da 2600 il öncə bu bölgədə türklərlə perslərin yanası və ara verməyən savaş içində yaşadıqlarını yazıb. Bədii əsər olsa da buradakı türk mövcudluğunu inkar etməyib. Bunu min il öncə yaşamış Firdövsi bacarmayıbsa ondan min il sonra yaşayan Zərdüşt Əlizadə necə bacaracaq? Zərdüşt Əlizadə məncə ağılsız adam deyil. O zaman 20 faiz gəlmə türkün 80 faiz. türk olmayan əhalini türkləşdirməsini hansı ağılla deyir? Rusiya imperiyası sayca iyirmi dəfə çox olsa da 200 ildə balaca Azərbaycanı ruslaşdıra bilmədi, bəs biz Qafqada bunu necə bacardıq? Bacardıqsa onda Azərbaycanın bu qədər azsaylı xalqları, hətta kiçik Xınalıq kəndi nə yaxşı dilini, kimliyini qoruyub? Çünki etnik coğrafiya məhz Qafqaz türklərinin böyük humanist təbiəti və birləşdirci gücü sayəsində min illərdir dəyişilməyib. Zərdüşt Əlizadə ölkəmizdə bu genetik araşdırmasını nə vaxt aparıb? İndi deyir ki, xarici bir alim bu barədə araşadırma aparıb. Erməni alimləri də Zətdüşt Əlizadə kimi düşünür və yazırlar. İndi biz Zərdüştü onlardan necə ayıraq? Genetik test aparılsa Zərdüşt bəyi yerli-dibli itirəcəyimizdən ehtiyat edirəm. Haqqımızda böhtan yazan iz idi biri də aramızda dolaşır…Məncə Zərdüşt Əlizadə özünün kimliyi llə maraqlanmalıqır. Xalqla işi olmasın.”
“Ədəbiyyat və incəsənət”
(29.01.2026)


