Şəhidimizi unutmuruq!

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Milli Qəhrəmanımızın doğum günüdür.

Daxili Qoşunların mənsubu, Azərbaycan Milli Qəhrəmanı Mətləb Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda dünyaya göz açıb. Əslən Cəbrayıllıdır. Yaşayış yeri isə Sumqayıt olub.

 

Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirib, Ukraynada hərbi xidmət keçib. Daha sonra Azərbaycan Pedaqoji İnstituna daxil olub, 1985-ci ildə leytenant rütbəsi ilə başa vurub. Sumqayıt şəhərində 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayıb. 1992-ci ildən isə DİN-ə işə düzəlib, bununla da onun həyatının narahat günləri başlayıb.

Mətləb Quliyev tez-tez cəbhəyə gedib, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışıb.1992-ci il 31 avqust Ağdam bölgəsində ağır döyüşlər gedib. Mənfur erməni quldurları yüksəklikləri ələ keçiriblər. Mətləb pulemyotla düşmənin üzərinə yeriyib. Onlarla erməni yaraqlısını məhv edən Mətləbin mərmisinin bitdiyini görən vəhşi azğınlaşmış ermənilər onu hər tərəfdən mühasirəyə alaraq atəş açmağa başlayıblar. O, bu döyüşdə qəhrəmancasına həlak olub.

Baş Leytenant, Birinci Qarabağ müharibəsi Şəhidi Mətləb Quliyev Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Sumqayıt şəhər 3 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, adına bulaq var.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.