Manqurtluq yalnız yaddaşı deyil, vəfanı da itirməkdir Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

“Sənin adın Jolamandır. Eşidirsənmi? Atanın da adı Donenbaydı. Sən naymanlar qəbiləsindən olan oğlusan"- Çingiz Aytmatovun Manqurtəsərindən

 

Bəzən düşünürəm, indiki insanlar da manqurt kimidirlər. Yaxşılığı, xeyri unudurlar, hətta bir dostun, bir yaxının etdiyi yardımı gözardi edirlər. Elə bil, yeni doğulmuş uşaq kimidirlər,  hər şeyi unudurlar. Yenə də  uşaq tez öyrənir, insan niyə öyrənmir?

Məsələn, yaxının ağır günündə yanında olub, kömək edib, amma sən bunu dərhal unudursan. Hətta başqa biri ona qarşı pislik etsə, sən yenə susursan. Dostluq etdiyin, sadiq olduğun bir insan səni incidəcək qərarlar verirsə, sən bunu dərs kimi götürmürsən. Bu, manqurtluğun günümüzdəki nümunəsidir.

Vəfasızlıq da eyni vəziyyətdir. Yaxşılıq edənləri dəyərləndirməmək, xeyri görməmək, vicdanı susdurmaq- bunlar  tək insanlara  deyil, bütöv cəmiyyətə zərər verir. Tarixi unudan, köklərinə sadiq qalmayan insanlar kimi, indi də çoxları yalnız öz marağını düşünür, xeyri unudur.

Daha bir misal verə bilərəm ki, bir insan sənə pislik edib, sən bunu bağışlayırsan, amma dərs çıxarmırsan    eyni səhvi təkrar edirsən. Pisliyi unudub, yenidən eyni səhvləri etmək də bir növ manqurtluqdur. Ədəbiyyatin özəyi əsərlər də bunu göstərir: xəyanəti unudan cəmiyyət və ya fərd, onu təkrar yaşayır.

 Cəmiyyət inkişaf edir deyirik, amma ətrafımıza baxanda görürük ki, bəzi insanlar hələ geridədir. Yaxşılığı dəyərləndirməyən, vəfasızlığa göz yuman, pisliyi unudub eyni səhvləri təkrarlayan insanlar. Bu, yalnız fərdlərə zərər vermir, həm də ümumi cəmiyyətin inkişafını əngəlləyir.Manqurt olmaq təkcə keçmişi unutmamaq deyil, insanlığını, vicdanını, yaxşılığı unutmamaqdır. Amma unutqan, vəfasız və səhvləri təkrar edən insanlar həmişə geridə qalacaq.

Unutmayaq ki, yaxşılıq bir yaddaşdır. Vəfasızlıq, pislik və səhvlər isə dərs olmalıdır. Əgər bunları unutsaq, manqurt ruhu bizi hər tərəfdən əhatə edəcək. Amma xatırlasaq, vicdanla yaşasaq, unutmayan, öyrənən və inkişaf edən cəmiyyət yarada bilərik.

Qeyd edim ki, insanı əslində kökündən ayıran unudulmuş xatirələrdir. Kökünü itirən, tarixini unudan, başqasının yaxşılığını görməyən insan, yalnız öz maraqlarına qulluq edər və hər dəfə eyni səhvləri təkrar edər.

Çalışın ki, yaxşılığı unutmayasınız, vəfasızlığa qarşı səbrli olun, amma pisliyi də unudub eyni səhvləri təkrarlamayın. Hər dərs həyatınızı daha ağıllı, daha vicdanlı və daha güclü edəcək.

 

“Manqurt heç vaxt qaçmaq fikrinə düşməzdi. Onun yeganə qayğısı qarını doyurmaq, sahibinin əmrinə tabe olmaq idi. Başqa dərdi yox idi, amma ürəyini, yaddaşını itirmiş bu gəncin içində əsl insanlıq susurdu”- əsərdən bir parça

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2026)

 

\

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.