“Qarşıda cəmi 3 seçim var” deyirdi... Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Şərəfli yolu seçin, doğru yolu seçin. Bu üçündən biri gəlsin başımıza: ya qalib olaq, ya qazi olaq, ya şəhid olaq. Başqa bir seçim heç bir Azərbaycan əsgərində ola bilməz. 

           Babək Səmidli

 

Bu gün onun – bu sözlərin müəllifinin, şəhid polkvnikimizin doğum günüdür.

7 yanvar 1974 - cü ildə dünyaya göz açan Babək Səmidli 1980-ci ildə Göyçay şəhəri 6 nömrəli orta məktəbə daxil olub və 1991-ci ildə həmin orta məktəbi bitirib. 1993-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1997-ci il, 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olub.

Babək  Səmidli Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, İkinci Qarabağ müharibəsinin şəhididir.

2020-ci il noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşüb və şəhid olub.

 O, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərindən ibarət qrupun üzvü olub. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması olub. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralanıb.

Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.