Valideynlərin qorxduğu həqiqət: Oyunlar təhlükə deyil Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Son illər uşaqların oyunlara, xüsusilə də telefon, kompüter və stolüstü kart oyunlarına marağı xeyli artıb. Valideynləri ən çox düşündürən sual isə budur: bu maraq artıq asılılıqdımı, yoxsa sadəcə dəyişən dövrün bir nəticəsi?

 

Pandemiyadan sonra formalaşan yeni həyat tərzi, texnologiyanın gündəlik həyatımıza daha dərin nüfuz etməsi və sosial ünsiyyət formalarının dəyişməsi bu mövzunu daha da aktuallaşdırıb. Məsələ ilə bağlı Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən klinik psixoloq Gülşən Rüstəmova uşaqların oyunlara yönəlməsinin səbəblərindən, oyunun psixoloji rolundan və valideynlərin bu prosesdə hansı mövqedə dayanmalı olduqlarından danışıb.

Klinik psixoloq Gülşən Rüstəmova bildirib ki,  uşaqlar  komputer , telefon və digər elektron vasitələrdə müxtəlif texnikalarka məşğul olurlar və insanın həyatında oyunlar , cizgi filmləri, əyləncənin çox böyük rolu var:

"Hərçənd ki, valideynlər uzun illər bunu qəbul etmirdi və düşünürdülər ki, oyunlar hər zaman oynanılması mümkün olan vasitələrdir, bunu sonraya saxlaya bilərik. Amma pandemiya dövründən sonra yaranan dəyişikliklər göz qabağındadır. Bizim zehnimiz, düşüncələrimiz, fikirlərimiz , istiqamətlərimizdə və bu cür oyunlara təlabat çoxaldı. Demək olar ki, hazırda müəyyən yerlər açılır ki, orada təkcə yemək yemirlər, hətta  stolüstü oyunlar da keçirilir.  Birlikdə oynamaq, birlikdə ünsiyyət qurmaq, qidalanmaq, birlikdə nəyinsə öhdəsindən gəlmək bir ayrı hissəmizdir".

Psixoloqun sözlərinə görə, oyuna da, əyləncəyə də ehtiyacımız var və bu oyunlara sadəcə oyun kimi baxmaqda yanılırıq:

"Bu zehnimizin fəaliyyətində bir çalışma da ola bilir, düşünmə istiqamətimizi, psixoanalizimizin nəticəsi olaraq görürük ki, insan oyunlara yer ayırırsa, asılı olmursa, müəyyən çərçivədə bu oyunlara zaman ayırırsa həyatında heç də pis nəticələnmir. Həyatda balansı tutuzdurmaq, qızıl ortanı tapmaq çox çətindir. Həyatımız boyu bəlkə də o balansın axtarışına çıxırıq".

 

Şəkildə: Gülşən Rüstəmova

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.