Bülbülün Memorial Muzeyində "AYTAM" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi və 231 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ölkəmizin qoşulduğu BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərində elan edilən "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbirdə "Uşaq hüquqları aylığı" nın keçirilməsində əsas məqsədin uşaq hüquqlarının qorunması mexanizminin yaxşılaşdırılması, bu hüquqların müdafiəsinin daha effektiv təmin olunması, məktəblilər arasında hüquqi maarifləndirmənin aparılması olduğu qeyd olunub.
"AYTAM" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri və 231 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə baş tutan tədbirdə vətənpərvərlik mahnıları, rəqslər nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)


