İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu ad çoxunuza bir şey deməyəcək. 2-ci dünya mühqribəsində 33 yaşında faşist gülləsinə tuş gəlməsəydi, çox məşhur, adı dillər əzbəri olan bir yazıçı olacaqdı…
Məhərrəm Əlizadə 1909-cu ildə Şuşada anadan olub. İlk təhsilini Şuşa şəhər birdərəcəli məktəbində alıb, 1923-1927 illərdə Şuşa pedaqoji məktəbində oxuyub. O, Ağdamın Keştazlı kəndində, Şuşada, 1930-cu ildə isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olub.
Məhərrəm Əlizadə 1932-1936 illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) Dil və ədəbiyyat fakültəsində təhsil alıb, oxuduğu təhsil ocağının aspiranturasında. saxlanılıb. O, 1939-cu ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet)ədəbiyyat metodikası fənnindən dərs deyib.
Məhərrəm Əlizadə 1934-cü ildən bədii yaradıcılıqla məşğul olub. sağlığında "Dostlar" (1934), "Qonaq" (1941) adlı iki kitabı işıq üzü görüb. "Dostlar" və "Qonaq" kitablarındakı hekayələr 30-cu illər Azərbaycan həyatının bir çox cəhətlərinin əks etdirir.
Bu hekayələrin mövzusu Azərbaycan qadınının ictimai həyatdakı fəaliyyətindən, müəllim-tələbə münasibətlərindən və başqa mövzulardan ibarətdir. Məhərrəm Əlizadə cəbhədə vuruşduğu üçün 1941-ci ilin sonlarında çapdan çıxan "Qonaq" kitabını görə bilməyib.
Məhərrəm Əlizadə 1942-ci Krasnodar diyarının İndyuk kəndində döyüş şəraitində həlak olub. Şuşada yaşadığı evə xatirə lövhəsi vurulub
17 noyabr 1942-ci ildə vəfat edib.
Onun ölümündən sonra ilk kitabı 1962-ci ildə nəşr olunan "Kədər və sevinc" kitabıdır. Bu kitaba müəllifin 9 hekayəsi daxil edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)


