Minlərlə insan hər gün radioda onu gözləyir, onu, RAQİF RAUFOĞLUnu Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Pik saatında avtomobildəkilər radioya qulaq asırlar, əsəblərini bu yolla cilovlayır, vaxtlarını bu yolla səmərəli keçirirlər. Və bu radiodinləmələrdə bir aparıcının və bir proqamın adı daha çox hallanır. Raqif Raufoğlu. “Master klas”.

 

Raqif Raufoğlu 1984-cü ildə Bakı şəhərində dünyaya gəlib. İxtisasca iqtisadçıdır. 2006-2007-ci illərdə hərbi xidmət keçib. Dövrü mətbuatda 2001-ci ildən çıxış edir. 2009-cu ildən etibarən 106.3 FM-də çalışır. Fəaliyyətinə “Şənbə” efiri ilə başlayan Raqif, sonradan, “106.3FM-dairəsi”. “Boomerang” verilişlərini aparıb. Hazırda “İş adamı” və “Master klas” verlişlərinin aparıcısıdır.

Bir müddət "Ənvər Paşa" və "Doqquz iklim" jurnallarının redaktoru olub. Azərbaycanın ilk virtual dərnəyi - "Ölü yazarlar dərnəyi"nin yaradıcılarından biridir. ATV kanalında yayımlanan “Rəsmilər, qeyri-rəsmi” verilişinin redaktoru olub. 2003-cü ildə "Danışa bilsə dünya" adlı şeirlər kitabı nəşr edilib. 2008-ci ildə Barak Obamanın "Atamın arzuları" (Dreams from my father) kitabını Azərbaycan dilinə tərcümə edərək, dövrü mətbuatda yayımlayıb. 2009-cu ildə əsər kitab şəklində çap olunub.  2011-ci ildə həmmüəllifi olduğu "Ölü yazarlar dərnəyi" kitabı nəşr olunub (müəlliflər - Raqif Raufoğlu, Mətləb Muxtarov, Asəf Zeynallı)

2014-cü ildə "Qadağan olunmuş kitab" əsəri çap olunub. Elə həmin ildə müəllifin 101 şeirini və “Çirkinlik” adlı yazılarını özündə birləşdirən "Çirkinlik" kitabı da çap olunub.

2024-cü ildə çap olunan "Ustad" romanı böyük maraqla qarşılanıb. Raqif Raufoğlu blogger kimi də fəaliyyət göstərir. "Səsli kitab" audio-kitablar podkastının və "Sandıq" layihəsinin yaradıcısıdır. İlk əsəri "Danışa bilsə dünya" əsəridir.

Ümimiyyətlə, çox maraqlı, intellektual, kreativ bir şəxsdır, çoxluqdan fərqlənməyi bacarır.

Gəlin onu doğum günü münasibətilə təbrik edək və deyək: Sükanı belə saxla!

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.