Ona Azərbaycanın Levitanı deyirdilər Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sovet dönəmində hər sahədə trenddə olan adlar olub. Diktorluq sahəsində isə ən məşhur isim Levitan olub ki, 2-ci dünya müharibəsində faşistlərin hücumu zamanı onun müharibə elanı verdiyi səs öz tembrinə, yaratdığı həyəcan və yaşatdığı misilsiz qorxu və kədər səbəbindən günü bu gün də dinlənməkdədir.

Azərbaycanın da öz Levitanı olub – Aydın Qaradağlı.

 

Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 1946-cı il dekabr ayın 18-də Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunub. 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə), 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illər (1951-Gürcüstan SSR, 1952–1954-Rumıniya) Sovet Orsusunda xidmət edib.

1955-ciildə GültəkinCabbarlı (AzərbaycanSSRəməkdarartisti)  ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül (Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi) adlı qızları, 1966-cı ildə isə Vüqar (Azərbaycan Respublikasının əməkdar jurnalisti) adlı oğlu anadan olub.

M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda oxuyub. 1964-cü ildə Azərbaycan SSR əməkdar artist (diktorlar arasında ilk dəfə) fəxri adına layiq görülüb. Dövlət Radiosunun Baş rejissor, Proqram Baş redaksiyasının Baş redaktoru vəzifələrində də çalışıb.

Azərbaycan radiosunun "Qızıl fond"unda Aydın Qaradağlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərinin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin ifası səs yazması qorunub saxlanılır.

 

Görkəmli diktor 1980-ci ilin 28 yanvar tarixində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.