İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan tarixinə düşmək üçün böyük Şıxəli Qurbanova cəmi bir hadisə bəs edib. O, səlahiyyət yiyəsi olan dönəmdə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsini təşkil edib. Amma bunun bədəlini də çəkib. Onun müəmmalı şəkildə ölməsi məhz Kremldən təşkil edilən bir sui-qəsd idi, bunu təəssüf ki, etiraf etməyə elə indi də qorxanlar az deyil.
Bu gün Azərbaycanın dövlət xadimi, yazıçısı, dramaturqu Şıxəli Qurbanovun anadan olmasının 100 illiyidir. O,16 avqust 1925-ci ildə Bakıda doğulub. Filoloq-alim və ədəbiyyatçı Şıxəli Qurbanov Mərkəzi Komitədə ideoloji katib vəzifəsinədək yüksəlib. 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olub. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq edib. Dövlət və ictimai xadim olan Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini deyib. Onu izahat yazmağa çağırıblar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazıb. Sübut edib ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.
1967-ciilinmayayının 24-də ŞıxəliQurbanovdişlərinimüalicə etdirmək üçünhəkimə gedibvə elə oradacamüəmmalı şəkildə vəfatedib. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölüb, həkim isə pəncərədən qaçıb. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edib. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova deyir: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil ediblər. Məlum olub ki, ona sianid turşusu vurublar"
Mükafatları
1. Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı
2. "Lenin" ordeni
3. "İgidliyə görə" medalı
4. "Köniqsberqin alınmasına görə" medalı
5. "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.08.2025)