Bu gün millət vəkili Əlibala Məhərrəmzadənin doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onu necə təqdim etsəm də bugünkü məqsədyönlü fəaliyyətini tam olaraq aça bilməyəcəyəm. Hər halda cəhd edirəm. Ondan başlayaq ki, millət vəkilidir, ölkənin seçilmiş 125 nəfərindən biri olmaq, əlbəttə ki, az iş deyil. Tanınmış yazıçıdır, elə bircə əsərinin adını çəkim, “Çovdar çörəyi”, bu əsərlə böyük oxucu auditoriyasına sahiblənib. Motivasiya spikeridir, “Ev tapşırığı. Uğur düstürunu öyrənəcəyik” kitabı minlərlə yeniyetmə və gəncə karyera və inkişaf yolunda bir bələdçidir. Xeyriyyəçidir. Təşkilatçıdır. Heydər Əliyeb Fondunun təşkilatçılığı ilə 2019-cu ildə Bakıda keçirilən 4-cü  LiFFT  festivalının kordinatoru olub. Qazılərə, şəhid ailələrinə dəstəyi böyükdür, millət vəkili seçildiyi qubalılara daim köməkdarlqı edir. Quba şəhəri üçün binalar tikib, müəssisələr ərsəyə gətirib, yüzlərlə iş yeri yaradıb.

 

Əlibala Məhərrəmzadə 9 avqust 1976-cı il tarixində Quba şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirib. 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini alıb. İqtisad elmləri namizədi, professordur. 2010-cu ildə keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olub.

Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür. Sərbəst auditor olan Əlibala Məhərrəmzadə "Kaspian Audit Kompani" MMC-nin direktorudur. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

 

Əsərləri

1. Xocalı soyqırımı

2. Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası

3. Azərbaycanda biznes planının tədqiqi nəzəriyyəsi

4. Müqəddəsliyə aparan yol (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında olan bu kitabı Sabir Hüseynovla birgə yazıb)

5. Mələyin təbəssümü

6. Çovdar çörəyi

7. Bakı üçbucağı

8. Ev tapşırığı. Uğur düsturunu öyrənəcəyik

9. Atabəylər: Şəmsəddin Eldəniz

 

Mükafatları

- Ukraynanın "Müqəddəs Georgi" ordeni

- Azərbaycan Yazıçılar Birliyinin "Rəsul Rza" mükafatı

-Gümüş əyarlı beynəlxalq “LiFFt” ədəbiyyat medalı.

 

Bəli, bu gün millət vəkili Əlibala Məhərrəmzadənin doğum günüdür, onu səmimi qəlbdən təbrik edir, xalqımızın və dövlətimizin mənafeyi naminə fəaliyyətində böyük müvəffəqiyyətlər arzu edirik.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.