Müəllim peşəsi şərəfli peşədir Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəzi ziyalılar var ki, adları unudulubdur. Xüsusən təhsil və elm adamları arasında belələri çoxluq təşkil edir. Hər dəfə təqvimdə belə ziyalılarımızın da adlarını salıram, bunu özümə mənəvi borc hesab edirəm.

 

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlvan Əliyev barədə danışacağam. O, 1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. İlk təhsilini Salmanbəyli kənd yeddiillik məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib.1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və oranı fərqlənmə diplomu ilə bitirib. Dövlət təyinatı ilə Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib.

 

1968-ci ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub.  BDU-nun fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H. Zərdabi adına KDPİ-yə (indiki GDU) qayıdıb. Rostov Dövlət Universitetində (Rusiya Federasiyası) ixtisasartırma kursu keçib. Ömrünün sonuna kimi Gəncə Dövlət Universitetinin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb.

 

 İnstitut partiya komitəsi katibinin müavini və Xalq Nəzarəti Qrupunun sədri vəzifəsində çalışıb. 1990-cı ildə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb

 

Bir kitabın, 42 elmi məqalənin və yüzlərlə elmi – populyar məqalənin müəllifidir

 

İctimai-siyasi fəaliyyəti

 

1975-ci ildən qəzet və jurnallarda elmi, elmi-publisist və publisist yazılarla çıxış edib. 1988-ci ilin fevralından etibarən bu sahədə fəaliyyəti daha intensiv şəkil alıb. "Mərhəmət", "İnsan və qanun" və "Ruzigar" jurnallarının, "Gəncənin səsi", "Novosti Qyandji", "Gəncəbasar" və "Ruzigar" qəzetlərinin redaksiya heyətinin üzvü olub.

"Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

O, 3 mart 2014-cü ildə 66 yaşında vəfat edib.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.