İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü Nəsir Əhmədli – hamı üçün bir müəllim!
Özü getdi, amma imzası qaldı.
Nəsir Əhmədli 1942-ci il iyulun 1-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib.
1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışıb. Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində".
100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir.
10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Tədqiqat sahəsi: Jurnalistin nitq mədəniyyəti, KİV xaricə siyasi informasiya yayımı sistemində,Beynəlxalq radio yayımı,Televiziya və Beynəlxalq jurnalistika.
Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.
Kitabları
1. Səsimiz, sorağımız
2. Səslər içində
3. Jurnalistin vizual nitq mədəniyyəti
4. Korifeylərin portretləri
5. Sən oldun
6. Azərbaycan Beynəlxalq Radiosu: tarix və müasirlik
7. Con Milton və onun "Areopagitika" əsəri
8. Ürəkdə bəslənən sevdaya şükür
9. Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində
Mükafatları
- "Media açarı"
- Təhsil Nazirliyinin Fəxri fərmanı
- "Cəsarətli qələm"
- Əməkdar jurnalist
- BDU-nun Fəxri fərmanı
- I dərəcəli Ali Media Mükafatı
- Mətbuat Şurasının diplomu
- Mirzə Cəlil Ali Media Mükafatı
- III dərəcəli "Əmək" ordeni
- "Bakı Dövlət Universitetinin 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı
Nasir Əhmədli 7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. 8 iyun 2022-ci ildə anadan olduğu Tovuz rayonunun Alakol kəndində dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)