İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, müdafiə naziri Zakir Həsənovun bu gün doğum günüdür.
Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur. 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.
1980–1985-ci illərdə Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib. 1985–1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.
1993–2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.
2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib.
Ali hərbi rütbələri
1. General-mayor
2. General-leytenant
3. General-polkovnik
Təltifləri
- Ordenləri
"Zəfər" ordeni
"Azərbaycan Bayrağı" ordeni
1-ci dərəcəli "Rəşadət" ordeni
"Şöhrət" ordeni
Medalları
1. "Vətən uğrunda" medalı
2. "Hərbi xidmətlərə görə" medalı
3. "Sərhəddə fərqlənməyə görə" medalı
4. "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı
5. "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
6. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
7. "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
8. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
9. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
10. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
11. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
12. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
13. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)