Milli Qəhrəman Zabit Quliyevin doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün Birinci Qarabağ müharibəsi iştirakçısının iki qəhərman hərbçisinin, iki Milli qəhrəmanın doğum günüdür. Onların hər ikisi barədə ardıcıl sizlərə söhbət açacağam.

Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev!

 

Zabit Quliyev 6 iyun 1975-ci il tarixində Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci ildə Ərəbxana kənd orta məktəbini bitirdikdən sonra rayonda təsərrüfat işlərində çalışmışdır. 1993-cü ildə Milli Orduya çağırılmışdır. Bəli, bu həmin qanlı-qadalı il idi, Birinci Qarabağ müharibəsində azğın düşmənin böyük qüvvə ilə öz müttəfiqinə sığınaraq üstümüzə şığıdığı il idi.

 

Zabit Quliyev cəbhə bölgəsində xidmətə başlayır. Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənir. Dəfələrlə düşmənin zirehli texnikalarını sıradan çıxarır. 

 

Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.