Bu gün Akademik Muxtar İmanovun 70 illik yubileyidir Featured

Bu gün Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Muxtar İmanovun 70 yaşı tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikin mənalı ömür yolundan və fədakar elmi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında Muxtar İmanovun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, akademik Nizami Cəfərovun “Muxtar Kazımoğlu – tanınmış folklorçu, nüfuzlu ədəbiyyatşünas”, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Bütün yönləri ilə akademik səviyyə” və filologiya elmləri doktoru, professor Kamran Əliyevin “Paralel xronologiyalar” kimi məqalələrinin tam mətni təqdim edilir.

Elektron bazada görkəmli alimin layihə rəhbəri, elmi redaktoru, elmi məsləhətçisi, baş redaktoru, rəyçisi,  təşkilat komitəsi və redaksiya heyətində olduğu, tərtib etdiyi, ön söz yazdığı kitabların, Azərbaycan və xarici dillərdə çap edilən məqalə və məruzələrinin, eləcə də Muxtar İmanov haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Akademikın 70 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında Muxtar İmanovun yaradıcılıq nümunələri-şeirləri, tərcümələri ilə yanaşı “Dissertasiya və avtoreferatlar”, “Hikmətli sözlər”, “Foto və videoqalereya” kimi  bölmələr də təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.