Altı ayda 348,7 min ton meyvə-tərəvəz ixrac edilib

Növbəti Açıq Portfel xəbəri Dövlət Gömrük Komitəsinə istinadəndir. Bu ilin yanvar-iyun aylarında 348,7 min ton meyvə-tərəvəz ixrac edilib.

 

İxrac edilən meyvə-tərəvəzin dəyəri 350,4 milyon dollar olub. 2022-ci ilin altı ayında dəyəri 328,1 milyon dollar olmaqla 306,3 min ton meyvə-tərəvəz ixrac edilib.

Həmçinin həmin dövrdə 30,9 milyon dollarlıq 71 min ton kartof ixrac olunub. Ötən ilin eyni dövründə 78,1 min ton kartof ixrac edilib. İxrac edilən kartofun dəyəri 35 milyon dollar təşkil edib. 

Bu müddətdə 108,1 min ton tomat ixracı həyata keçirilib. İxrac edilən tomatın dəyəri 120,7 milyon dollar olub. Ötən ilin yanvar-iyun aylarında məbləği 126,8 milyon dollar olan 105,7 min ton tomat ixrac edilib. 

Hesabat dövründə meşə fındığının ixracında artım olub. Belə ki, 12,2 min ton meşə fındığı ixrac edilib. İxracın dəyəri 60,6 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə 57,3 milyon dollarlıq 10,2 min ton ixrac baş tutub. 

2023-cü ilin altı ayında 34,7 min ton alma ixracı həyata keçirilib. İxrac edilən almanın dəyəri 22,5 milyon dollar təşkil edib. Keçən ilin yanvar-iyun aylarında dəyəri 12,5 milyon dollar olan 18,6 min ton alma ixrac edilib. 

Xurma ixracında azalma baş verib. Belə ki, bu ilin altı ayında dəyəri 14,7 milyon dollar olan 20,2 min ton xurma ixrac edilib. Ötən ilin yanvar-iyun aylarında isə 29,6 milyon dollarlıq 39 min ton ixrac həyata keçirilib. 

Hesabat dövründə 6208 ton nar ixrac edilib. İxrac edilən narın dəyəri 8 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 2,4 milyon dollar olan 1541 ton nar ixrac edilib. 

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.