İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Tanıyaq! Daha bir Vətən qəhrəmanı - Hərbi Dəniz Qüvvələrinin mənsubu Əli Kazımov.
Bu gün onun doğum günüdür.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı Əli Kazımov 17 fevral 1956-cı ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Nürgüt kəndində anadan olub.
1973-cü ildə Bakı şəhərindəki 8 nömrəli orta internat məktəbini bitirdikdən sonra S.M.Kirov adına Qırmızı bayraqlı Xəzər Ali Hərbi–Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq "mühəndis–şturman" ixtisasına yiyələnib.
İndi isə sizə onun hərb sahəsində əldə etdiyi nailiyyətlərindən söz açım.
1978–1989-cu illərdə Şimal Donanmasında xidmət edərək mühafizə gəmisində şturman, atom sualtı qayığında qrup komandiri, xilasedici gəmilər divizionu komandiri və maqnitsizləşdirmə gəmisinin komandiri vəzifəsinin icraçısı olmuşdur.
1989–1992-ci illərdə Leninqrad şəhərində Arxa Cəbhə və Nəqliyyat Hərbi Akademiyasının komandanlıq fakültəsində ali hərbi təhsil alan zabit Əli Kazımov SSRİ dağıldıqdan sonra könüllü olaraq 2-ci dərəcəli kapitan kimi Azərbaycana qayıtmış və 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabr ayınadək Hərbi Dəniz Qüvvələri qərargahının təşkilat–səfərbərlik və komplektləşdirmə bölməsinin rəisi vəzifəsində xidmətini davam etdirmişdir.
1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində "İqtisadiyyat və qoşun təsərrüfatı", "Qoşunların arxa cəbhəsi" kafedralarının rəisi, 1995-ci ilin iyun ayından isə Müdafiə Nazirliyi Təşkilat–Səfərbərlik İdarəsi rəisinin müavini və Təşkilat–Səfərbərlik İdarəsinin rəisi–Baş Qərargah rəisinin müavini vəzifəsini icra etmişdir.
Daha sonra başqa vəzifələrdə Vətənə xidmət göstərmiş, 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılmışdı. 2 il sonra isə genaral - mayor Əli Kazımov ömrünün 60-cı ilində dünya ilə vidalaşmışdır.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(17.02.2025)