Respublika Gənclər Kitabxanasında akademik Zərifə Əliyevanın 101-ci ildönümü münasibətilə virtual kitab sərgisi hazırlanıb

Bu il XX əsr Azərbaycan tarixinin görkəmli simalarından olan oftalmoloquƏməkdar elm xadimitibb elmləri doktoruprofessorAzərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur. Akademik Zərifə  Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Respublika Gənclər Kitabxanasında xalqımızın dəyərli ziyalısı Zərifə xanım Əliyeva haqqında geniş miqyaslı informasiyanı özündə əks etdirən  "Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva” adlı  virtual kitab sərgisi hazırlanmışdır. Virtual sərgidə Zərifə xanımın həyat və fəaliyyəti haqqında geniş məlumat verilir, istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparması və dəyərli elmi-tədqiqat işlərinin müəllifi olması qeyd edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Zərifə xanımın 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-ə yaxın elmi işin müəllifi olduğu qeyd edilir,  onun haqqında yazılan “Zərifə Əliyeva – Biblioqrafiya”, “Əbədiyaşar məhəbbət”, “Akademik Zərifə Əliyeva” kimi kitabların qısa annotasiyası, “Nəcibli və mənəvi paklıq timsalı”, “Vətənpərvər, qayğıkeş ana”, “Nəciblik və sədaqət örnəyi” kimi dövri mətbuatda işıqlandırılanməqalələr təqdim edilir. Virtual sərgidə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin akademik Zərifə xanım haqqında söylədikləri dəyərli fikirlər, müsahibələrdən fraqmentlər, foto və video görüntülər də yer alır.

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə hazırlanan "Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva” adlı  virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.