Bülbülün 125 illiyinə həsr olunan müsabiqə keçiriləcək

 

Sentyabrın 2-dən 9-dək Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Konservatoriya və Bülbül Fondu, həmçinin Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində görkəmli opera ifaçısı, SSRİ Xalq artisti Bülbülün 125 illik yubileyinə həsr olunan xanəndə və instrumental muğam (tar, kamança, balaban, qanun) ifaçılarının iştirakı ilə “Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi” təşkil olunacaq.

 

Sözügedən müsabiqə ilkin seçim və iki əsas mərhələdən ibarətdir. İlkin seçim mərhələsi sənədlərə və ifalara əsaslanaraq müsabiqənin iştirakçılarını müəyyənləşdirir. İştirak hüququ qazanan ifaçılar müsabiqənin birinci mərhələsinə buraxılırlar.

Müsabiqənin şərtlərinə görə, 17-25 yaşarasında olan xanəndə və instrumental ifaçılar təxminən 10 dəqiqə ərzində ənənəvi musiqi irsimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirən ifa təqdim etməlidir. Müsabiqədə iştirak etmək istəyən namizədlər qeyd olunan sənədləri avqustun 25-dək Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.   ünvanına göndərməlidir.

Müsabiqə üç əsas mərhələdə keçiriləcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.