BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Yəhya Abbasov və Gülay Hüseynli Featured

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

Hazırda təqdimatda 244 nömrəli tam orta məktəbdir.

 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 DİREKTOR:

Yəhya Müseyib oğlu Abbasov 1959-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1975-ci ildə Kəsəmən kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1975-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1980-cı ildə həmin İnstitutun Fizika-Riyaziyyat fakültəsini bitirmiş və təyinatla Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. 28 aprel 1984-cü ildə Goranboy rayon Xoylu kənd sovetinin katibi və sonradan sədri vəzifəsinə seçilmiş, 01 sentyabr 1987-ci ildən 1998-ci ilin yanvar ayınadək Xoylu kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Bir neçə çağrış Goranboy rayon XDS -nin deputatı seçilmişdir. 1988-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə vetranıdır. 12 yanvar 1998-ci il tarixindən Binəqədi rayon Təhsil Şöbəsində inspektor vəzifəsində işləmişdir. 

23 dekabr 1999-cu il tarixinən Binəqədi rayon Əsəd Ələskərov adına 244 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. Eyni zamanda 6 fevral 1999-cu il tarixdən 30 noyabr 2012-ci il tarixədək 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin sədri vəzifəsində işləmişdir. 

3 dekabr 2008-ci ildə "Müasir məktəb təhsilinin sosial fəlsəfi problemləri” mövzusunda dissertasiya işi müdafiə etmiş, Fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Təhsil sahəsində xidmətlərinə görə 2010-cu ildə Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Qabaqcıl təhsil işçisi "adına layiq görülmüş, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi medalı" ilə təltif olunmuşdur. Beş kitabın və müxtəlif vaxtlarda yerli və xarici mətbuatda çap olunmuş 18 elmi məqalənin müəllifidir. 

1999-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Müharibədə iştirakına görə Azərbaycan QMƏVŞAİB-in İdarə Heyətinin 10.02.2016 cı il 02 №-li qərarına əsasən "FƏDAİ", 11.11.2016-cı il 10№-li qərarına əsasən "VƏTƏN NAMİNƏ" ,”BÖYÜK ZƏFƏR”, “MİLLİ ORDU -100”medalları ilə təltif edilmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin İdarə Heyətinin 12 №-li 03.11.2017- il tarixli qərarına əsasən "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.

 

ŞAGİRD:

Mən, Hüseynli Gülay Zaur qızı 244 nömrəli tam orta məktəbdə təhsil alıram.

2012-ci ildə Sumqayıtda anadan olmuşam və hal- hazırda 7a sinfində oxuyuram .

Kitab oxumağı çox sevirəm və ən sevdiyim janr detektiv janrıdır.

 

ESSE:

Azərbaycan 

 

Vətən torpağından daha əziz nə var ki? Hər bir insanın boya -başa çatdığı, öz canından belə keçməyə hazır olduğu yer öz doğma Vətənidir. 

Gözümüzü açıb dünyanı dərk etdiyimiz andan bəri hər an daim eşitdiyimiz, "ana Vətən", "doğma Vətən" adı verilən bu torpaqlar.... 

Mənim doğulub boya başa

çatdığım vətənim Azərbaycandır. Mən düşünürəm ki, çox şanslıyam, çünki müstəqil bir Azərbaycan vətəndaşıyam, bununla qürur duyuram. Vətənimi öz

canımdan, qanımdan çox sevirəm və onun bir qarış torpağı üçün canımdan belə keçərəm. Mənim böyüyüb boya başa çatdığım bu torpaqlarda hər bir insan öz Vətənini- Azərbaycanı hər şeydən, hər kəsdən çox sevir və bu torpaqlar üçün hər

cür əzab- əziyyətə tab gətirib. 

Bizim xalqımız, dövlətimiz "dəmir yumruq" kimi güclüdür, çünki biz müstəqilik, azadıq və ən əsası qorxmaz, cəsur, igid əsgərlərimiz daim bizimlədir, Vətənimizi qoruyurlar. 

Bu çətin yolda Şəhidlərimiz oldu, lakin hal - hazırda onlar sayəsində güclü bir dövlətik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, onların ana -atalarına səbir versin. 

Azərbaycan Polad Həşimov, Mübariz İbrahimov, Üzeyir Hacıbəyli, Natəvan, Xan Suşinski, Seyid Suşinski, Qara Qarayev, Zeynəb Xanlarova kimi unudulmaz dahilərin Vətənidir. Şanlı dövlətimiz çox güclü və yenilməzdir, bunun ən əsas digər səbəbi güclü və ağıllı dövlət başçısının olmasıdır. Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin dövlətimizin bir çox nailiyyətlər əldə etməsində əvəzsiz xidmətləri var.  Onların etdikləri hər bir iş bizim xeyrimizə olub.

Essemi gözəl bir cümlə ilə bitirmək istəyirəm. Bu cümlə Ulu Öndər Heydər Əliyevə məxsusdur. "Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam”.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.