Yerdə gəzən göy adamı... Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

https://youtu.be/8mI2Ti58p54?si=G4bvpr-zqGzArPu- 

 

Bu gün yaratdığı obrazlardan başqa, şeir qiraətləriylə, şeirlərə bəstələdiyi və ifa etdiyi mahnılarla, səhnədə sazla olan ifalarıyla bir başqa sevilən, illər keçsə də zərifliyindən, gözəlliyindən heçnə itirməyən, Azərbaycanın teatr və kino aktirsası, Respublikanın xalq artisti, Prezident mükafatçısı Mehriban Zəkinin növbəti doğum gününü qeyd etdik. 

 

Mehriban Mürvət qızı Zəki 1966-cı il 18 dekabrda Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və Kino Aktyorluğu" fakultəsini bitirib. 

Müxtəlif illərdə "Yuğ" Dövlət Teatrında, "İBRUS" Teatrında və "Milli Akademik Dram" Teatrında fəaliyyət göstərib.

O, "Azərbaycanfilm" kinostudiyasının və digər kino şirkətlərinin istehsalı olan bir çox bədii filmlərə çəkilib. Jurnalist qız filmində Ümid, Otel otağı filmində Lətifə, Ailə filmində Elmira, Məkanın melodiyası filmində Gülya, Küçələrə su səpmişəm filmində Teybə, Əlvida, cənub şəhəri filmində Maya, Düyün filmində Nara, Yalançılar filmində Nərmin, Axınla aşağı filmimdə Leyla, İçəri-Şəhər filmində Səbinə, Əli və Nino filmimdə Sultan xanım obrazlarını yaradıb.

Çox gözəl səs tembrinə malik olan aktrisa bəzi filmlərdə mətn oxuyan və vokalçı kimi də çıxış etmişdir.

1995-ci ildə Bişkəkdə keçirilən Ümümtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskovada və Bakıda keçirilən UNESCO-nun tədbiri olan Kitabi-Dədə-Qorqudun 1300 illik yubileyində iştirak edib.

Mehriban Zəki 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına və müxtəlif vaxtlarda  Prezident Mükafatına layiq görülüb.

O, həmçinin Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və incəsənət universitetində Aktyor sənəti və səhnə danışığı üzrə pedaqoji fəaliyyət göstərib.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.