2023-cü ilin 10 ən yaxşı filmi “Time” jurnalının versiyasında Featured

 “Time” jurnalı 2023-cü ilin 10 ən yaxşı filminin siyahısını təqdim edib. Siyahını nüfuzlu jurnal üçün kinotənqidçi Stefani Zaxatek hazırlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı film.ru-ya istinadən xəbər verir ki, S.Zaxarek siyahının birinci pilləsinə finlandiyalı rejissor Aki Kaurismyakinin “Tökülən yarpaqlar” filmini layiq görüb. Bu ekran əsəri 2023-cü ildə Kann kinofestivalının münsiflər heyətinin mükafatını qazanıb.

İki yənha insan Helsinkidə görüşür. Onlar ilk və son sevgilərini yaşamaq istəyirlər. Olduqca lirik, dramatik, sentimental bir filmdir. 

 

İkinci yerdə Bredli Kuperin “Maestro” filmidir. Siyahıda liderlər üçlüyünü britaniyalı rejissor Conatan Qleyzerin “Maraqlar zonası” kinolenti qapayır.

TOP-10-da, həmçinin Sofiya Koppolanın “Prissilla: Elvis və mən”, Alisa Vinokurun “Paris haqqında xatirələr”, Selin Sonun “Ötən talelər”, Martin Skorsezenin “Çiçəkli ayın qatilləri”, Kelli Frimonun “Tanrı, buradasanmı?”, Bill Poladın “Vəhşi yuxular” və Ayra Saksın “Passajlar” filmləri də yer alıb.

Xatırladaq ki, az öncə “Time” jurnalı kino tənqidçilərinin versiyasında əsrin 100 ən yaxşı filmini təqdim etmişdilər.

 

Şəkildə: Lider filmin posteri.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.