TMİF XƏBƏRLƏRİ - Aktotı Raimkulova Azərbaycan Milli Konservatoriyasının rektoru ilə görüşüb

 

18 fevral 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, Fondun prezidenti Kamilə Dadaş-zadəni Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edərək, bu təyinatın  Azərbaycanın çox əsirli musiqi irsinin inkişafına və dünya miqyasında daha da tanıdılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Aktotı Raimkulova Azərbaycanın zəngin musiqi mədəniyyətinin Türk dünyasının ayrılmaz bir hissəsi olduğunu qeyd edib. Fondun  rəhbəri təşkilatın həyata keçirdiyi layihələrdən bəhs edərək, Azərbaycan Milli Konservatoriyası ilə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

Azərbaycan Milli Konservatoriyasının fəaliyyəti haqqında ətraflı məlumat verən Kamilə Dadaş-zadə, türk xalqlarının ortaq musiqi ənənələrinin inkişaf etdirilməsi və bu sahədə birgə tərəfdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə qədim Türk mədəni irsinin  qorunması və gələcək nəsillərə çatdırılması sahəsində ortaq layihə və tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.