"Ulduz" "Genç Yürekler"də parladı! Featured

“Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi Şəfa Vəli “Ulduz” - “Genç Yürekler” əməkdaşlığının Türkiyə mətbuatındakı əks-sədasından yazır.

 

58 yaşlı “Ulduz” dərgisi ilə 6 yaşlı “Genç Yürekler” Türk ədəbiyyatında yeni cığır saldılar!  

 1967-ci ildən Azərbaycanın paytaxtı Bakıda Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi nəşr olunan “Ulduz” dərgisi   və 2019-cu ildən etibarən Qardaş Türkiyənin paytaxtı Ankara şəhərində  nəşr olunan “Genç Yürekler” dərgisi 2024-cü ildə  Türk ədəbiyyatı tarixinə  yazılacaq  bir ortaqlığa-qardaşlığa imza atdılar. 

Aylıq dərgi olan “Ulduz”un 2024-cü il sentyabr sayında “Genç Yürekler” dərgisinin yazarlarının əsərləri Türkiyə türkcəsində işıq üzü gördü. Azərbaycan və Türkiyə-iki qardaş ölkənin yazarları və oxucuları  “Ulduz”da “Genç Yürekler”i ədəbi hadisə kimi dəyərləndirdilər, qürur duyulası  addımın əks-sədası hər iki ölkə mətbuatında günlərlə eşidildi. 

Üç ayda bir çıxan “Genç Yürekler” dərgisinin  qış sayı (14-cü sayı)  “Ulduz”a qucaq açdı. Azərbaycanın görkəmli ədəbiyyat nümayəndələrinin qələmindən çıxan bir-birindən gözəl və maraqlı yazılar, əsərlər “Genç Yürekler” dərgisində  Azərbaycan türkcəsində yayımlandı.   Hər iki qardaş ölkənin ədəbiyyat adamları, ədəbiyyatsevərləri bu ədəbi hadisəni də təqdirlə qarşıladılar. Dərgi nəşr olunan gündən etibarən, istər Türkiyə, istərsə də Azərbaycan mətbuatında  ədəbi hadisə ilə bağlı yazılar yer almaqdadır. 

27 yanvar 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyində yüksək səviyyədə təqdimatı keçirilən “Genç Yürekler” dərgisinin qış sayını Azərbaycana dərginin Yazı İşləri Müdiri Cem Arslan gətirmişdi.  

“Genç Yürekler” dərgisinin sahibi və Yayın Kurulu Başkanı, şair Muhterem Şahin mətbuata açıqlamasında “Ulduz”-“Genç Yürekler” qardaşlığı haqqında bunları deyib: “Bir Millet, İki Devlet: Azerbaycan-Türkiye”sloganı ile karşılıklı sayılar çıkaran Genç Yürekler ile Ulduz Dergisi; kültür, sanat, edebiyat, basın ve yayın camiasında da takdirle karşılandı. Can Azerbaycan'ındeğerli jurnalı Ulduz Dergisiyle 2021'den beri görüşmehalindeyiz. Ulduz Dergisinin Baş Redaktoru Qulu AğsesBey, bize karşılıklı olarak birer sayı çıkarma teklifindebulundu. Biz de hiç tereddüt etmeden kabul ettik. Zira yıllardır, Türk dünyasının büyük mütefekkiri Gaspıralıİsmail Bey'in 'Dilde, fikirde, işte birlik.' sözüyle yanıptutuşuyorduk. Bu söz, benim düşünce dünyamda her zaman kılavuzum olmuştur. Yakın zamanda dergimizinbu son sayısını Bakü’ye ulaştırma imkanı bulduk. Hamd olsun. Orada Azərbaycan Yazıçılar Birliyi'nde(AYB) çok güzel bir tanıtım programı oldu. Büyükkalem üstadı Anar Bey, dergilerimizden övgüyle sözetti. Ulduz Dergisinin Baş Redaktoru Qulu Ağses Bey'infedakarlığını, gayretini unutamam. Redaksıya HeyetiÜyesi Prof. Dr. Resmiyye Sabir Hanım'ın yardım vedesteğini unutamam. Her ikisine de şükranlarımısunuyorum”.

Dəyərli Muhterem Şahin onu da qeyd edib ki,  “GençYürekler” dərgisinin yaradıcı heyəti  olaraq may ayındaBakıda baş tutacaq IV Türk Dünyası Ədəbiyyat və KitabFestivalına dəvətlidirlər.  Azərbaycanın Xalq şairi BəxtiyarVahabzadənin “O da ulu, bu da ulu,/ Azərbaycan-Türkiyə!” misraları ilə açıqlamasını bitirən Muhterem Şahinin dediyibir cümlə isə, əsrlər sonra da xatırlanacaq: “AzerbaycanTürk dünyasının şahdamarıdır!” 

“Ulduz” jurnalının baş redaktoru, şair, publisist QuluAğsəs isə mətbuata açıqlamasında  dərgilərinqardaşlaşmasının tarixindən danışdı:  “İki il öncə qardaşölkədə türkdilli dövlətlərin dərgilərinin fuarı keçirilirdi. “Ulduz” jurnalı da həmin tədbirə redaksiya heyətininüzvü, şair Rəsmiyyə Sabirin qismində qatılmışdı. Azərbaycana dönən Rəsmiyyə xanım mənə ordakıdərgilərdən bəhs etdi və “Gənc ürəklər” dərhaldiqqətimi cəlb etdi. Beləcə, dərginin baş redaktoruMöhtərəm Şahinlə yazışdıq, bir-birimizə əbədiəməkdaşlıq təklifi yolladıq. İstəyimiz qısa vaxtdareallaşdı. Hər iki dərginin-“Ulduz”da “Genç Yürekler”, “Genç Yürekler”də “Ulduz”- nəşri bir daha sübut etdiki, biz ulu öndər Heydər Əliyevin dediyi kimi, həqiqətən, iki dövlət, bir millətik!” 

Qulu Ağsəs, həmçinin, onu da vurğulayıb ki, əməkdaşlıq davam edəcək. 

İndiyədək “Ulduz”-“Genç Yürekler” qardaşlığı barədəqardaş ölkənin “Ankara Ulus” və “İlksayfa” qəzetləri, (həmçinin, qəzetlərin saytları)  xəbər mətnləri yayımladılar.   18 fevral 2025-ci ildə isə “AnaHaberGazete” (anahaberyorum.com) “Genç Yürekler Dergisinin Son Sayısı Azerbaycan'da Yankı Buldu” başlığı ilə özəl xəbər hazırladı. 

Hər iki dərgiyə Ortaq Türk mədəniyyəti və  ədəbiyyatı naminə atdıqları bu addıma görə təşəkkür edir, qoşa addımlayacaqları hər cığırda uğur, uğur, yenə uğur arzulayırıq! 

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.