Türkiyənin Avrasiya Yazıçılar Birliyi özünə aid “Bengü” yayın evində azərbaycanlı müəllim Mehman Həsənlinin müəllifi olduğu “Çingiz Aytmatov və Azərbaycan fenomeni" adlı kitabını nəşr etmişdir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə birliyinin sədri Yaqup Ömeroğlu məlumat paylaşıb.
Kitab Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin önsösü ilə başlayır. İsa Həbibbəyli yazır: “Çingiz Aytmatov və Azərbaycan fenomeni" monoqrafiyasında dünya şöhrətli yazıçı Çingiz Aytmatovun həyatı, ədəbi xidməti və yaradıcılığı, eləcə də Azərbaycanla münasibətləri elmi baxımdan nəzərdən keçirilir. Kitabda Aytmatovun həyatının uşaqlıqdan başlayaraq müxtəlif dövrlərinin faktlarının toplanması böyük yazıçının elmi tərcümeyi-halının ilk dəfə geniş və ciddi səylə tərtib edildiyi fikrini doğurur. Müəllifin hər bir hekayəsinin və romanının ayrıca nəzərdən keçirilməsi, Azərbaycan-Qırğızıstan ədəbiyyatlarında ədəbi münasibətlər səviyyəsində tipoloji paralellərin müqayisəli öyrənilməsi, Çingiz Aytmatov və Azərbaycan münasibətləri ilə bağlı məsələlərin daha dərindən, aktual və hərtərəfli əks olunması bu monoqrafiyanı ciddi elmi araşdırmaya çevirmişdir. Dosent Mehman Həsənli böyük ədəbiyyat ustası Çingiz Aytmatovun həyatını, ədəbi şəxsiyyətini və yaradıcılığını, Azərbaycanla çoxşaxəli münasibətlərini ən xırda detallara qədər araşdırıb. Müəllifi bu səriştəli İş münasibətilə təbrik edirəm və ona gələcək elmi işlərində uğurlar arzulayıram”.
Kitab barədə daha ətraflı məlumat üçün bu internet ünvanına müraciət etmək olar:
https://www.benguyayinlari.com/urun/cengiz-aytmatov-fenomeni-ve-azerbaycan
Kitab hazırda Bengü yayın evinin kitab mağazasında satışdadır. Mağazanın ünvanını qeyd edirik: Hacettepe rayonu, Hamameni küçəsi , No. 8 / Altındağ / Ankara
Əlaqə: (0312) 311 70 62, (0312) 311 70 52
Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
https://www.instagram.com/bengukitabevi/
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)