Geriyə baxma, qoca! Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qarabağ müharibəsində Şəhid olan igidlərimizi fəxr və qürurla anırıq. Allah rəhmət eləsin, Amin.

 

Qarabağın Kirs deyilən qalın meşələri, bu meşələrdə Alyanlı adlı bir oba və bu obanın da Bağdad adlı çox sayılan bir bəyi vardı. Bağdad bəyin rəiyyətdən fərqli olaraq Damlıca adlı bir mülkü var idi. Bu torpaqları özü şumlar, mahalda ən yaxşı at onda olardı. Xanım adlı qızı var idi və onun yeganə övladı idi. 

Alyanlı meşələrinin digər tərəfində Şahmar bəy yaşayırdı. Lakin yaxşı biri deyildi, namərd idi. O Bağdad bəyi çağırtdırıb Damlıca mülkünü ona satmasını dedi, amma yox cavabı aldı. Şahmar bəy isə geri durmadı. Ona həmin gün "bağışla, bilmədim xətrinə dəyər" dedi. Amma sonra onu doğratdırıb öldürdü. Alyanlı camaatı bunu sübut edə bilmədi. Gizlincə öz gədələrinə adam öldürtmək Şahmarın peşəsi idi. Daha sonra Şahmar saxta qəbələ ilə sübut etdi ki, Damlıca mülkü onun babasınındır. Şuşada oturan qəza naçalniki, Gəncədə oturan qubernator onun dostları idi. Mülkü alıb verdilər ona. 

Gülnisə qadın dedi: Bağdad bəyin oğlu olsaydı qanı yerdə qalmazdı. Xanım - ah-vay etmə desə də, ürəyinin odu sönmür, anasının oğul barədəki sözləri onu yandırırdı.

Bir dəfə Gülnisə Dünyamalı kişinin arvadıyla Şuşa bazarına yavanlıq satmağa getdiyini eşidir. Çoxdan çirişlərə yığıb saxladığı yağı, motalları ata yükləyir və iki də öyəc erkək ayırır, qızınıda qoşur onlara deyir : sən də onlarla get, bunları sat və özünə paltarlıq və çəkmə al. 

Xanım apardıqlarını satdı, köhnə müştəriləri baqqal Tağıya tapança almasını dedi. Tağı tapançanı alır. Alyanlının qadınlarından kişi kimi tüfəng - tapança atanları da vardır.  Qız özünə bir dəst ipək paltarlıq, qırmızı ipək kəlağayı və bir cüt çəkmə də aldı. Anası tapançanı görəndə təəccüblənmir, amma qızından soruşdu ki atmağın qaydasını bilirmi? Qızı bildiyini dedi.

Meşəli dağın döşündəki dar cığırla atını sürəndə kolların arasından Xanım çıxıb qarşısında durdu. İpək çarqatın altında gizlətdiyi tapançanı çıxarıb Şahmar bəyin düz sinəsinə sıxdı. Oğlanları, qardaşları öldürənin kim olduğunu tapa bilmədi. Bağdad bəyin də oğlu, qardaşı, əmisi, dayısı oğlu yoxdu, qızından və yoldaşından da şübhələnmədilər. Damlıca mülkü Şahmarın oğlanlarına qaldı. Xanım evləndi. 3 oğlu, 3 də qızı oldu, Gülnisə isə vəfat etdi.

Şuşa naçalnikinə, Gəncə qubernatoruna şikayət etsə də Xanım Damlıca mülkünü ala bilmədi. O da Tiflis şəhərinə getdi. Qafqaz canişinin iqamətgahını soraqlaşıb tapdı. Canişin dilmancı vasitəsilə ilə qadını dinlədi "ərizəni qoy get, baxarıq" dedi. Xanım qayıtdı geri, gözlədi, lakin cavab gəlmədi.

Yenidən Tiflisə gəldi, məlum oldu ki ərizəsi kağızların altında qalıb. "Get baxarıq" deyildi, geri qayıtdı. Sonra cavab gəldi ki tutarlı dəlil olmadığından ərizə rədd olundu. Xanım da Şuşadakı vəkil Fərəc bəyə neçə manat verib uzun ərizə yazdırdı. Alyanlı ilə qonşu olan kəndlərin mötəbər qocalarını şahid olaraq göstərdi. Babasından qalan qəbələnin üzünü çıxartdırdı, üz tutdu yenidən Tiflisə. 

Canişin onu görəndə təəccübləndi, kağızları alıb özü baxdı. Xanım dilmanca dedi ki ağaya de, bu dəfə də rədd cavabı versə padşahın yanına gedəcəm. Canişin gülümsədi, acığı tutmadı. Qadının xəbəri yox idi ki canişin padşahın yaxın qohumudur. Dilmanca xoş əhvalla dedi: onu başa sal ki, özüm imperatordan xahiş edəcəm ki, mülkünü özünə qaytarsınlar. Onun Xanımın təmkinindən, cəsarətindən, iradəsindən xoşu gəlmişdi. Və vəd düz çıxdı. Mülkü ona qaytardılar. 

 

İndi isə sizə Bağdad bəyin qız nəvələrindən danışım. Deməli o özü yaraşıqlı idi, elə qızlar da ona oxşamışdılar.

Xanım qızlarına əməlli- başlı cehiz düzəltdi. İlk öncə böyük qızı evləndirdi. Bu oğlanın adı Hacışükür idi. Ağıllı oğlan idi. Bir dəfə Alyanlıdakı qohumlarına qonaq gedəndə Bəyazı (böyük qız) görüb bəyəndi, elə Bəyaz da həmçinin. Və onlar evləndilər.

 

İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanında,  Möhnət qocanın nağıllarından. Xanım arvadla Damlıca mülkünün əhvalatı.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.