Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi davam edir.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, layihə çərçivəsində hazırlanan videoçarx rus yazıçısı, dramaturqu A.P.Çexova həsr olunub. Videoçarx dünya ədəbiyyatının klassiki, yazıçı, nasir, dramaturq, publisist, həkim, xeyriyyəçi Antоn Pavloviç Çeхоvun 165 illik yubileyi ilə əlaqədar hazırlanıb.
“Antоn Pavloviç Çeхоv – 165” adlı videoçarxda oxucu və izləyicilərə A.P.Çexovun həyat və yaradıcılığı haqqında məlumat verilir. Videoçarxda yazıçının M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fondunda olan bir neçə kitabı da nümayiş olunur. “Ə
Videoçarx kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:
https://www.youtube.com/watch?v=X3kqKWIkLBA
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)