Oktyabr-dekabr aylarında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsi keçiriləcək.
Baş İdarədən bildirilib ki, rəqs müsabiqəsinin keçirilməsində əsas məqsəd rəqs sənətini inkişaf etdirmək, rəqs sənətinin qədim ənənələrini qoruyub saxlamaq, bu sənətin təbliğini genişləndirmək, həmçinin rəqs sənəti üzrə istedadları aşkar etmək və onlara bu sahədə geniş imkanlar yaratmaqdır.
Müsabiqə iki turdan ibarət olacaq və ilkin olaraq 2022-ci ilin oktyabr-dekabr aylarında Bakı şəhərinin 12 rayonu üzrə keçiriləcək. Gələcəkdə isə bütün ölkə ərazisini əhatə edəcək. Müsabiqədə iştirakçıların yaş həddi 3 qrup üzrə (6-10, 11-15 və 16-18) müəyyənləşdirilib.
Qaliblərin seçimini Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən yaradılmış münsiflər heyəti həyata keçirəcək. Müsabiqənin seçim turları Baş İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində olmaqla, ilk seçim turu oktyabrın 1-də H.Abbasov adına Mədəniyyət Mərkəzində keçiriləcək. Müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti dekabrında Bakı şəhərində təşkil olunacaq.
Qeyd edək ki, iştirakçılar qeydiyyat və müsabiqə barədə ətraflı məlumat əldə etmək üçün Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanına və ya (012) 492-91-59 telefon nömrəsinə müraciət edə bilərlər.